Hadisə

Tələbələr arasında bıçaqlanma olub - Qəpiyə görə

23 Sentyabr 2025 10:40
Baxış: 450
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzində tələbələr arasında baş verən mübahisə insidentlə nəticələnib.

Milli.Az xəbər verir ki, mübahisə zamanı 2008-ci il təvəllüdlü, Yalama kənd sakini E.Şıxbabayev bıçaq xəsarətləri alıb. Onun bədənində çoxsaylı kəsilmiş və deşilmiş yaralar aşkarlanıb.

Zərərçəkmiş Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və dərhal əməliyyat olunub.

Hadisəni törətdiyinə görə E.Mirzəyev adlı şəxs saxlanılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.