Cəmiyyət

Prezident İlham Əliyev Trend BİA və Day.Az-ın bir qrup əməkdaşını təltif edib

21 İyul 2025 19:50
Baxış: 275
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə KİV nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mükafatlandırılan media nümayəndələri arasında xüsusilə Trend BİA və Day.Az-ın əməkdaşları da var.

Belə ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Cəmilə Ocaqova "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu", Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini Elçin Alıoğlu isə Azərbaycanda milli mətbuatın inkişafında xüsusi xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Həmçinin, Day.Az informasiya portalının redaktoru Aytəmiz Məmmədova və Trend BİA-nın baş redaktor müavini Leyla Abdullayeva "Tərəqqi" medalı ilə təltif ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.