Hadisə

Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ - FOTO

24 Fevral 2026 13:21
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.

İttihama görə, A.isgəndərov xaricdə yaşayan "Petroviç" soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün "m10" pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə "ABB-dən payız sürprizi" və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.

Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və "OTP" təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.

O və istintaqla digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.

Zərərçəkənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.

Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.