Kamaləddin Qafarov: “Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistanikinci Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. Bu mühüm və mötəbər tədbirin 30 illik erməni işğalından sonra yenidən qurulan və sürətlədirçələn Laçında təşkil olunması isə xüsusi siyasi və mənəvi önəm daşıyır".
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, vurğulayıb ki, sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin öz çıxışlarında səsləndirdikləri fikirlər də bu üç qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu."Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimizin və xalqlarımızınbir-birinə bağlılığının əsasında birgə tarix, mədəniyyət və ortaq mənəvi dəyərlərin durması da əsil qardaşlıq münsibətlərinin formalaşmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu üç qardaş ölkə daim bir-birinin yanında olub və bu gün də yanındadır. Azərbaycan xalqı 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi əsla heç zaman unutmayacaq.Azərbaycan da hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Türkiyədə PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir və Azərbaycan buna ən çox sevinən ölkələrdən biridir. Azərbaycan Pakistan və Hindistan arasında bu yaxınlarda yaşanmış son gərginliyi böyük narahatlıqla izləmiş və ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etmişdir."
K.Qafarov daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb: "Cənab Prezident İlham Əliyev Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu və Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazır olduğunu bəyan etməklə iqtisadi əlaqələrin genişləndirilməsi zərurətini, eləcə də bunun üçün böyük imkanlar olduğunu diqqətə çatdırdı. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın ölkələrimiz arasında tərəfdaşlığın önəmli istiqamətlərindən biri olduğu qeyd edildi. Əlbəttə birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən layihələr hər üç ölkənin silahlı qüvvələrinin güclənməsinə xidmət edir. Bu çox mühüm bir amildir. Çünki Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı kifayət qədər böyük bir coğrafiyada sülhün və sabitliyin qorunmasını təmin edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"





