Cəmiyyət

Hematoloqlarımız beynəlxalq sammitdə ölkəmizi təmsil ediblər - FOTO

29 Aprel 2025 12:03
Baxış: 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23-25 aprel 2025-ci il tarixdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dünya Hemofiliya Federasiyasının təşkilatçılığı ilə "WFH 2025 Comprehensive Care Summit, New developments in bleeding disorders and MSK"  adlı hemofiliya və digər qanaxma patologiyaları, onların dayaq-hərəkət sistemi ağırlaşmaları, eləcə də müalicə sahəsində inkişaf yeniliklərinə həsr olunmuş qlobal sammit keçirilib.

Sammitdə dünyanın bir çox ölkəsindən iştirak edən ekspertlər tərəfindən qanaxma xəstəliklərinə yeni yanaşma məsələləri müzakirə edilmiş, innovative müalicə metodlarından bəhs olunmuşdur.

Tədbirdə Ə.Əliyev ad.ADHTİ-nun hematologiya kafedrasının assistentləri t.ü.f.d. Mehparə Kazımova "Treatment of orthopedic complications of hemophilia in Azerbaijan" və t.ü.f.d. Günel Əlizadə "Prophylactic treatment of hemophilia A patients in Azerbaijan" adlı poster-prezentasiyalarla ölkəmizi təmsil etmiş, diskussiyalara qatılmışlar.

Həmçinin t.ü.f.d.Mehparə Kazımovanın məqaləsi DHF-nın elmi komitəsi tərəfindən seçilərək "Hemophilia" Journal WILEY elmi əsərlər toplusunda çap olunub.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.