"Bizimləsən" efirində yaşadığı ailə problemləri ilə gündəmdə olan Əkbər adlı şəxs yenidən anasına dönük çıxıb.
Milli.Az bildirir ki, onun milyonların gözü önündə anasına demədiyi qalmayıb.
Belə ki, yenidən həyat yoldaşı Pərvinlə barışıb onunla birlikdə Türkiyəyə üz tutan Əkbər canlı efirə videobağlantı ilə qoşulub.
Onun anasına qarşı sözləri isə hiddət doğurub.
"Efirə çıxıb, məni biabır etməkdir məqsədin? Artıq Azərbaycanda çalışma şansım yoxdur. Anamın o sözündən sonra bütün əhali məni söyür. Sənə görə bunlar oldu. O vaxta qədər mənə heç kim söz demirdi. Qapıdan çölə çıxa bilmirəm. O yaşım deyil ki, sizin əlinizə baxım".
Musa
Milli.Az