Cəmiyyət

Əsgər puluna yaşamaq istəyən şəxslər cəzalandırıldı

31 May 2010 15:14
Baxış: 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Rəşad İlham oğlu Abdullayev 2, Tahir Budaq oğlu Məmmədov 1 və Əhməd Nəriman oğlu Məmmədov 1 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.


Təqsirləndirilənlər Cinayət Məcəlləsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332.2.1, 332.2.3), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2) maddələri ilə ittiham ediliblər.

Təqsirləndirilənlər xidmət etdikləri hərbi hissədə olduqları müddətdə əsgər yoldaşlarından hədə-qorxu yolu ilə pul tələb ediblər.

Cinayət işi üzrə 10 zərərçəkmiş şəxs var.


Trend

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.