Cəmiyyət

Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub - FOTO

3 Aprel 2025 15:53
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qorunması və təbliği sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif olunub.

Trend xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

"Fondun prezidenti hörmətli Aktotı Raimkulovaya bu yüksək təltifə görə təşəkkür edirik! Bu təltif Türk Dünyasının ortaq dəyərlərinə verilən önəmin bariz nümunəsidir", - deyə paylaşımda bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.