Kamaləddin Qafarov: “Azərbaycan praqmatik xarici siyasət prinsiplərinə sadiqdir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
" Bakıda XII Qlobal Bakı Forumu çərçivəsində aparılan müzakirələr, keçirilən panel iclasları üçün seçilmiş mövzular bu mötəbər tədbirin qlobal müzakirələrin yüksək səviyyədə keçirilməsi baxımından önəmli platforma olduğunu bir daha nümayiş etdirdi. Ölkə Prezidenti cənab İlham Əliyevin martın 13-də Forumun gedişi zamanı "Euronews" televiziyasına verdiyi müsahibəsindən isə, dünya ictimaiyyəti ölkəmizin bir sıra qlobal məsələlərlə bağlı mövqeyini bir daha öyrənmiş oldu."
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputatın fikrincə, Azərbaycanın, ilk növbədə, məhz Cənubi Qafqazda baş verən dəyişikliklərdə rolu və bu proseslərə münasibəti beynəlxalq ictimaiyyəti daha çox maraqlandıran məsələlərdəndir. "Ölkəmiz artıq uzun illərdir ki, bu regionun şəriksiz lider dövləti kimi çıxış edir və yeni regional reallıqlar formalaşdırır. Liderlik həm də məsuliyyət deməkdir. Azərbaycan da Cənubi Qafqazda sülh və sabitliyə görə məsuliyyət daşıdığını yaxşı bilir və bunların təmin olunması üçün əlindən gələni edir. Cənab Prezident İlham Əliyev öz müsahibəsində belə bir ifadə işlətdi ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Bu, bir daha Azərbaycanın öz praqmatik xarici siyasətində bütün region xalqlarının maraqlarını nəzərə almağa çalışdığını nümayiş etdirir. Dövlətimizin başçısı regionun gələcəyinə dair gözləntilərini açıq mətnlə bəyan edərək bildirdi ki, biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik."
K. Qafarov cənab Prezident İlham Əliyevin qlobal miqyasda baş verən geosiyasi dəyişikliklərlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: "Hər zaman öz fikirlərini birmənalı və dəqiq ifadələrlə səsləndirməyə üstünlük verən Prezident İlham Əliyev "Euronews" televiziyasına bu müsahibəsində də öz prinsiplərinə sadiq qaldı və bildirdi ki, bu gün geosiyasi dəyişikliklərdən bəhs edərkən, bunların, ilk növbədə, Vaşinqtonda baş verən hadisələr olduğu qeyd edilməlidir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı başlanmış proseslər bir daha bütün dünyanın Ağ evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Məhz bu da XII Qlobal Bakı Forumu kimi belə çoxsaylı qonaqların iştirak etdiyi toplantıların hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək baxımından vacib olduğunu bir daha vurğulayır. Öz növbəsində, Azərbaycan Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərinin və güclü tərəfdaşlığın yenidən qurulmasına çox nikbin baxır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"





