100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmlak alqı-satqısında əməliyyatların şəffaf olması və nağdsız ödənişlərin artırılması üçün dövlət bəzi vergi güzəştləri tətbiq edir. Bu güzəştlərdən biri də Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin alıcılara geri qaytarılmasıdır. Bu qayda ev alan və ödənişini bank vasitəsilə həyata keçirən şəxslərə müəyyən məbləğdə ƏDV-nin geri qaytarılmasını nəzərdə tutur. Bəs ev alan şəxsə nə qədər ƏDV qaytarılır? ƏDV-nin ödənilməsi qaydası necə həyata keçirilir?
Bakı Karyera Mərkəzinin rəhbəri, vergi eksperti Təhməz Qaçayev Valyuta.az-a bildirdi ki, bina tikintisi ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV-nin qaytarılması vergi məcəlləsinin 165.6-cı maddəsi ilə müəyyən olunur. Bu qaydalar isə eyni zamanda Prezidentin 25 may 2022-ci il fərmanı ilə tənzimlənir: "Vergi məcəlləsinin 165.6-cı maddəsinə əsasən bina tikintisi ilə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV məbləğinin 30%-i alıcıya geri qaytarılır. Prezidentin 2022-ci il 25 may fərmanına əsasən ƏDV məbləği o halda alıcıya qaytarılır ki, yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyəri satıcının bank hesabına yalnız nağdsız qaydada ödənilmiş olsun. Ödəniş nağd şəkildə həyata keçirilərsə, bu halda ƏDV məbləği qayıtmır".
Bu məsələlər üçün portal mövcuddur
Ekspert bildirdi ki, nağdsız qaydada ödənişi həyata keçirməkdən, o cümlədən ƏDV-nin geri alınmağından ötrü portalda (//taxes.gov.az) alıcı qeydiyyatdan keçməlidir: "Satıcı da alıcıya yaşayış və ya qeyri yaşayış sahəsinin satışı ilə bağlı elektron qaimə tərtib edib göndərməlidir. Nəticədə həmin elektron qayda fakturası əsasında alıcı ödədiyi ƏDV-nin 30%-ini geri almaq hüququna malikdir. Bu əslində həm istehlakçılar, həm də vergi ödəyiciləri üzərində vergi nəzarətinin həyata keçirilməsi üçün müsbət haldır. Əsas məsələ ölkədə nağdsız ödənişləri də stimullaşdırmaqdır".
ƏDV-nin hesablanmasından nümunə gətirək
T.Qaçayev 100 min manatlıq mənzil alışı zamanı bizə qaytarılan ƏDV məbləği üzərindən izah etdi: "Deyək ki, siz 100 000 manatlıq bir mənzil aldınız. Qanunvericiliyə əsasən 100 000 manat dəyərin tərkibində 15 254 manat ƏDV məbləği təşkil edir. Yəni, əsas məbləğ 100 000 manat deyil, ƏDV daxil məbləğ 100 000 manatdır. Əsas məbləğ isə 100 000 manatdan 15 254 manatı çıxırıq və yerdə qalan məbləğ mənzilin əsas dəyəri hesab olunur. Bizə isə həmin 15 254 manatın 30 faizi ƏDV olaraq qaytarılır. Amma həmin 100 000 manatı satıcının bank hesabına nağdsız qaydada köçürməliyik ki, ƏDV-nin 30%-i bizə geri qayıtsın. Yəni, 15 254 manat ƏDV-yə daxildirsə və 30%-i alıcıya qayıdacaqsa, bu məbləğ 4 576.2 manat təşkil edir.
Əgər alıcılar MTK-dan mənzil alırlarsa, çalışmalıdırlar ki...
Vergi ekspertinin sözlərinə görə, ola bilər ki, alıcı aldığı mənzilin ödənişini bir dəfəyə ödəməsin, hissə-hissə ödəniş etməli olsun: "Məsələn, ƏDV-li dəyərlə 100 000 manatlıq mənzil alır. Bunun 40 000 manatı bir, 30 000 manatı bir, qalan 30 000 manatını da bir ödəyir. Burada alıcının ödədiyi ƏDV məbləğinin 30%-i o halda qayıdır ki, bütün ödənişlər tam həyata keçirilmiş olsun. Yəni, yekun ödəmə tamamlanmış olsun ki, ƏDV məbləği ona geri qaytarılsın. Bu dediklərimizdən yekun bir nəticəyə gələ bilərik ki, əgər alıcılar hər hansı bir MTK-dan mənzil və yaxud qeyri-yaşayış sahəsi alarsa, onlar çalışmalıdırlar ki, nağdsız qaydada əldə etsinlər, beləcə ƏDV məbləğini geri ala bilsinlər. Bu da istehlakçı üçün çox sərfəli və yaxşı bir hal sayılır. Nağdsız qaydada əldə etmək tövsiyyə olunur və satıcıdan tələb etmək kimi bir hüququmuz da var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada
-
Nigeriyalı ata, azərbaycanlı ana, özü isə bakılı balası - (Video)
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Qoruqların turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
XƏBƏR LENTİ
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)
-
AZAL Moskvaya bir sıra reysləri müvəqqəti dayandırıb
-
Montella Türkiyə millisindən göndərildi
-
İstanbulda çökmüş bina ilə bağlı maraqlı fakt - (Foto)
-
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası yeni layihəyə start verir
-
“Ələkbər Rzaquliyev: qrafik irsə baxış” adlı mühazirə keçirilib - (Foto)
-
“Nursema”nın taleyindən özü də xəbərsiz imiş…
-
Bakı-Sumqayıt yolunda avtomobil yanır - (Foto)
-
“Üç gün, üç fərqli heyət, bir möhtəşəm ‘Turandot’ – dünya opera ulduzları Bakıda!”
-
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib
-
Bakıda beynəlxalq tədbirlə əlaqədar nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək
-
"Yorulmuşam, təqaüdə çıxmağı gözləyirəm" - Füzuli Hüseynov kövrəldi
-
İlham Mayılov vəfat etdi
-
Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama
-
Zelim Kotsoyevin erməni rəqibindən qeyri-etik davranış - (Video)
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Samsung bu 2 model üçün yeniləməni dayandırdı





