Cəmiyyət

Heydər Əliyev Mərkəzinə nadir incəsənət kompozisiyası - “Qəlbim sənindir” gətirilir! - VİDEO

17 Mart 2025 10:02
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunacaq.

Trend xəbər verir ki, İtaliyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan "Qəlbim sənindir" (My heart is yours) əsəri ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənəcək.

Əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatə edib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib. Mürəkkəb sayılan "Qəlbim sənindir" əsərinin tamamlanması iki ildən çox vaxt alıb.

Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq" fərdi sərgisi davam edir. "Qəlbim sənindir" kompozisiyası da bu sərginin ardı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən çatdırmış olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.