Universitetlərə getmək səbəbi artıq dəyişib - Təhsil yoxsa trendlər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə universitetlərdə təhsil almaqla yanaşı sosial media üçün kontent yaratmaq və "universitet həyatı"nı şouya çevirmək kimi yeni bir yanaşma ortaya çıxıb. Təəssüf ki, bu yanaşma çox zaman təhsilin əsas məqsədini kölgədə qoyur və gəncləri yalnız əyləncəyə yönəldir. Universitetlər, əslində, gənclərin bilik əldə etdiyi, intellektual inkişaf etdiyi və akademik mühitdə böyüdüyü yerdir. Lakin bu gün bir çoxları universiteti yalnız əyləncə və sosial həyatın mərkəzi kimi görür. Bu, təhsil sistemimizin gələcəyini ciddi şəkildə təhdid edən bir yanaşmadır.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyib ki, ali təhsilin mahiyyətini tamamilə unutmuşuq.
"Universitet əyləncə mərkəzi deyil, buraya gənclər öyrənmək, araşdırmaq, bilik qazanmaq üçün gəlirlər. Ancaq indi elə bil ki, əsas məqsəd təhsil almaq deyil, sosial media üçün kontent yaratmaq, "trendlərə düşmək" və ya "universitet həyatını" şouya çevirməkdir.
Bunu normal hesab edənlər anlamır ki, universitetin bir imici, akademik dəyəri və elmi mühiti var. Hər yerin bir qaydası var - teatrda səssiz oturursan, məsciddə sayğılı davranırsan, xəstəxanada nizam-intizama əməl edirsən. Bəs universitet?
Ali təhsil müəssisəsinə girən hər kəs anlamalıdır: sən burada bir akademik mühitin içindəsən, hərəkətlərin yalnız səni deyil, bütövlükdə ali təhsil sisteminin nüfuzunu təyin edir! Əylənmək başqa şeydir, universitetin mövcud akademik mühitini pozacaq şəkildə davranmaq başqa şey. Bu qəbulolunmazdır!"
Ekspert qeyd edib ki, əgər universitetlərdə bilikdən çox əyləncə prioritet olursa deməli, biz diplom verən bir sistem qurmuşuq, amma elmi düşüncə və intellektual inkişaf verən bir sistem qura bilməmişik. Bunun nəticəsində də təhsilimiz beynəlxalq reytinqlərdə yer tapmır, məzunlarımız real bilik və bacarıqdan məhrum olur. Çünki universitet dəyərini itirəndə oradan çıxan "təhsilli" insanların da dəyəri azalır!
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb





