Cəmiyyət

Füzulinin məzarı üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb - FOTO

19 Fevral 2025 13:28
Baxış: 1 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraqın Kərbəla şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənib.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yenilənmiş sinə daşında onun Azərbaycan şairi olmasına işarə edən ifadə də öz əksini tapıb.

Belə ki, şairin məzarının sinə daşında ərəbcə "Bu məzar şair Məhəmməd Füzuli Əl-Bağdadi Əl-Azərinindir" ifadəsi həkk olunub.

Səfirlikdən də İqtisadiyyat.az-a bildirilib ki, İraqın Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi ilə aparılmış danışıqların nəticəsi olaraq, İraqın Kərbəla şəhərində İmam Hüseyn məscidində yerləşən Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərmiş mötəbər şairimiz Məhəmməd Füzulinin məzarının sinə daşı yenilənərək, məzarın üzərində onun Azərbaycan şairi olması öz əksini tapıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın İraqdakı səfirliyi Məhəmməd Füzulinin məzarının yeni sinə daşı ilə əvəzlənməsinə dair razılıq əldə edildiyini açıqlamışdı.

Xatıladaq ki, əvvəllər sinə daşında ərəbcə "Şair Məhəmməd Füzuli Əl-Bağdadinin məzarı" ifadəsi yazılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.