Yunus Oğuzun 65 illik yubileyinə Türkiyədən "Avcı" və "Atabey və Haşhaşiler" hədiyyəsi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın görkəmli yazıçısı və publisisti Yunus Oğuzun 65 illik yubileyi münasibətilə Türkiyənin İLESAM nəşriyyatı müəllifin iki romanını - "Ovçu" ("Avcı") və "Atabəy və Xaşxaşilər" ("Atabey və Haşhaşiler")i Türkiyə türkcəsində çap edib.
Kitablar türk oxucusuna böyük məhəbbətlə təqdim olunub və qeyd edilib ki, türk tarixçiliyinə və ədəbi düşüncəsinə özünəməxsus baxış gətirən Yunus Oğuz tarixi roman janrında yeni üslubu ilə seçilir. Onun qələmə aldığı əsərlər təkcə tarixi hadisələri əks etdirmir, həm də keçmişi günümüzün reallıqları ilə vəhdətdə təqdim edir.
"Ovçu" romanı ("Avcı") Ermənistan-Azərbaycan münaqişəsi fonunda real qəhrəmanların həyat hekayələrinə əsaslanır. Əsər Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin və digər şəhidlərin xatirəsinə həsr olunub. Romanda oxucu üç fərqli dövrdə yaşamış üç Murad obrazı ilə tanış olur. Müəllif onların talelərini ustalıqla birləşdirərək oxucunu tarixin dərinliklərinə aparır.
"Atabəylər və Xaşxaşilər" romanı ("Atabey və Haşhaşiler") isə Səlcuqlar dövründə Atabəylik institutunun formalaşmasını və həmin dövrün ən sirli təşkilatlarından biri olan Xaşxaşilərin fəaliyyətini təsvir edir. Əsərdə Melikşahdan sonra Səlcuq dövlətində baş verən siyasi çəkişmələr, Bağdad xəlifəsinin saray oyunları və Türk sultanlarına qarşı yönəlmiş sui-qəsdlər geniş işıqlandırılır. Kitab həmçinin Azərbaycan Atabəylərinin tarixinə də toxunaraq bu dövrə işıq salır.
Hər iki əsər tarixi roman janrında yazılmış və oxuculara həm keçmişi öyrənmək, həm də bədii zövq almaq imkanı yaradır. Yunus Oğuzun yubileyinə həsr olunmuş bu nəşrlər Azərbaycan ədəbiyyatının Türkiyədə daha geniş auditoriyaya çatdırılmasına töhfə verəcək. /Olaylar.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
XƏBƏR LENTİ
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)





