Cəmiyyət

Stadion niyə gecə saatlarında sökülür? - AÇIQLAMA

28 Yanvar 2025 11:33
Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində aparılan söküntü işləri sakinləri narahat edir. Çünki işlər gecə vaxtı sakinlərin istirahət vaxtı aparılır. 

Söküntü işləri niyə gecə vaxtı aparılır?

Milli.Az xəbər verir ki, sakinlər söküntü işlərindən sonra ərazidə yeni bina ya təmirli stadion tikiləcəyini də bilmirlər. İnsanlar istirahət edən zaman bu cür səs-küy onları çox narahat edir.

Elm və Təhsil Nazirliyindən bildirildi ki, mövcud ixtisaslaşdırılmış olimpia ehtiyatları uşaq gənclər futbol məktəbinin Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançasının yenilənməsi əlavə inzibati və köməkçi binaların tikinti işlərinin aparılması planlaşdırılıb. Müvafiq qurumlardan tikintiyə aid icazə sənədləri alınıb.İşlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə işçilərə tapşırıq verilib. 

Aysel Əkbər
Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.