Cəmiyyət

Bu məhsul marketlərdən yığışdırılır - Ölümcül maddə aşkarlandı

16 Yanvar 2025 11:55
Baxış: 1 707
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Akar" markalı yuyucu maddə satışdan çıxarılır.

Milli.Az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi bu maddənin zərərli olduğunu elan edib.

Bu səbəbdən sözügedən məhsulun marketlərdən yığışdırılması barədə qərar qəbul edilib.

Nazirlik tərəfindən yayımlanan məlumatda, "Akar" markalı çamaşır suyunun uşaqlar üçün təhlükəsizlik mexanizminə və toxunma xəbərdarlığına malik olmadığı bildirilib. Məhsulun təhlükəsizlik mexanizmi olmadan əlçatan yerlərdə saxlanması halında ciddi və ölümcül risklər yarada biləcəyi qeyd olunub.

Market rəhbərliklərinə bildirilən bu qərar çərçivəsində məhsulun satışdan çıxarılması ilə yanaşı, yenidən bazara təqdim olunması da tamamilə qadağan edilib.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.