Cəmiyyət

Soğanın qiyməti "göz yaşardır"

9 Yanvar 2025 16:20
Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özü göz yandıran soğanın son günlər artan qiyməti də könül açmır. Paytaxt bazarında cəmi bir ay əvvəl 50 qəpiyə satılan bostan bitkisinin kiloqramını indi ən yaxşı halda 80 qəpiyə almaq olar.

Milli.Az xəbər verir ki, daha çox soğan əkini ilə məşğul olan ağdamlı fermerlər deyirlər ki, 2023-cü ildə soğan əkini çox olduğuna görə, əksər fermerlər məhsulu istədikləri qiymətə sata bilmədiklərindən ziyana düşüblər. Buna görə də, növbəti ildə az məhsul əkiblər. Həmçinin onlar bildirirlər ki məhsulu aldığımız yerdə də qiymət bahalaşıb. 

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşını almaq üçün saxlanma kameralarının sayının artırılmasına ehtiyac var.

"Bəzi məhsulların dövlət tərəfindən alınıb daha uyğun qiymətə satışa çıxarılması daha məqsədə uyğundur. Aparılan araşdırmalar göstərir ki, fermerlər məhsul istehsalını bir sıra hallarda tam olaraq planlaşdıra bilmirlər. Bu da bəzən məhsulun çox və ya məhsulun az olmasına gətirib çıxarır".

Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, fermerlərə planlı əkini tövsiyə edilmir. Fermer əkəcəyi məhsulu və onun miqdarını özü planlaşdırmalıdır.

Bəs niyə qiymət bahadır?

Nazirlikdən bildirildi ki, hazırda məhsul azdır. Yaz aylarında soğanın qiymətinin yenidən ucuzlaşacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.