Cəmiyyət

Şahid: "Partlayışdan əvvəl qaz idarəsinin maşını gəldi, fırlanıb getdi"

3 Dekabr 2024 09:39
Baxış: 2 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib. Partlayış nəticəsində ətrafdakı bina zədə görüb və qarşısında olan avtomobillər yararsız hala düşüb.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış anı çox təsirli olub. Bir şahid bildirir ki, əvvəlcə partlayışın yalnız lampanın yanması kimi olduğunu düşünüb, amma partlayışın təsiri ilə evdəki əşyalar çöküb. O, xilasedicilər gələnə qədər digər sakinlərin təhlükəsiz şəkildə binanı tərk etmələrinə kömək edib.

Digər bir şahid isə hadisəyə görə ciddi narahatlığını ifadə edərək bildirib: "Bir nəfərə görə millət nə günə düşdü, nəzarət yoxdur, yoxlama yoxdur. Bir səhv üzündən hamısı belə olub. Bura baxan idarə yoxdur?"

Ərazidə səhərə yaxın 3-4 radələrində qazın güclü şəkildə axmağa başladığı və hadisədən bir neçə saat əvvəl qaz idarəsinin maşınının gəlməsi də qeyd olunub. Sakinlər qazın sürətli gəlməsi barədə bildiriş veriblər, amma idarə nümayəndəsi gəldikdən sonra heç bir tədbir görmədən ərazini tərk edib.

Qeyd edək ki, hadisədə 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.