Cəmiyyət

Güzəştli mənzillər satışa çıxarılır - Tarix AÇIQLANDI

28 Noyabr 2024 21:00
Baxış: 6 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018-ci ildən bu günə qədər MİDA tərəfindən güzəştlə mənzillər satışa çıxarılır. 6 dekabrda bu mənzillərdən iki kompleksinin satışı həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə MİDA-nın mətbuat katibi Diana Dadaşova danışıb.

O bildirib ki, mənzillər yalnız Sumqayıtda deyil, həm də Lənkəranda satışa çıxarılacaq.

"Ümumilikdə 544 mənzilin satışa çıxarılması nəzərdə tutulub. Satış prosesi 6 dekabr saat 11:00-da başlayacaq və 14 dekabra kimi davam edəcək. Gözləmə qaydasında mənzillərin satışı isə 10 dekabr saat 10:00-da başlayacaq və 14 dekabr tarixinə qədər davam edəcək. Bu mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən, güzəştli mənzil sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Şəxsi elektron kabineti olan vətəndaşlar bu şansdan yararlana bilərlər. Həmin mənzillər tam təmirli şəkildə vətəndaşların istifadəsinə veriləcək".

Aysel Əkbər
Milli.Az

 
 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.