Dəyişkən havalarda səhhətimizi necə qoruyaq? - Həkimdən vacib tövsiyələr
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havanın dəyişkən keçməsi, gah mülayim, gah soyuq olması bəzi insanların səhhətinə mənfi təsir göstərir.
Milli.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim-terapevti Könül Bənənyarskayanın sözlərinə görə, müəyyən qrup insanlar var ki, havanın dəyişməsi onlarda narahatlıqlar yarada bilir:
"Buraya uşaqlar, hamilə qadınlar, yaşlılar və xroniki xəstəliyi olan insanlar aiddir. Hava qəfil soyuduqda bəzən insanlar isti geyimdən istifadə etmirlər. Bu da onların sağlamlığına mənfi təsir göstərir. Öskürək, boğaz qıcıqlanması, nəfəsalmanın çətinləşməsi kimi hallar ortaya çıxır. Havaların dəyişkən keçməsinə adekvat olaraq bu cür insanların geyimlərinə və hava şəraitinə uyğun davranışlarına diqqət yetirmələri məsləhət görülür".
Həkim bildirir ki, ürək-damar sistemi, bronxial astma xəstəliyindən əziyyət çəkən insanlar da havanın dəyişməsi zamanı özlərini mütləq qorumalıdırlar:
"İnsanların bir çoxu oturaq həyat tərzi keçirir, uzun müddət kompüter qarşısında olur, bu da ürək-qan damar sisteminə mənfi təsir göstərir. Havanın dəyişməsi bəzi insanlarda stres yaradır. Bu stres ürək əzələsində olan qan dövranının pozulmasına gətirib çıxarır. Hava dəyişməsi zamanı insanlarda virus infeksiyaları və soyuqdəymə xəstəliklərinin də artması özünü göstərə bilir. Bronxial astma xəstəliyi, allergiyası olan insanlarda hava dəyişkənlikləri bir sıra narahatlıqlara səbəb olur. Məsələn, allergik katarakta, allergik rinit kimi xəstəliklər baş qaldırır. Bu cür hava şəraiti emosional insanlara da pis təsir edir, onlarda depressiya hallarının əmələ gəlməsi özünü göstərir. Belə hallarda emosional vəziyyəti stabil saxlamaq məsləhətdir".
Könül Bənənyarskaya belə hava şəraitində insanların geyimlərinə xüsusi diqqət yetirməli olduqlarını məsləhət görür:
"Dəyişkən hava şəraitində insanlar ilk növbədə öz geyimlərinə, qida rasionlarına diqqət etməli, həmçinin çox tərləmədən qorunmalıdırlar".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
-
Prezident İlham Əliyev: Xankəndidə də Zəfər Muzeyi olacaq
-
Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq
-
Hava ilə bağlı son məlumat
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir
-
Prezident İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir
-
Prezident İlham Əliyev: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür
-
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar
-
Prezident İlham Əliyev: Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin
-
Prezident İlham Əliyev: Xankəndidə də Zəfər Muzeyi olacaq
-
Prezident İlham Əliyev: Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib
-
Prezident İlham Əliyev: Bu gün biz azad Qarabağda qurub-yaradırıq
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb
-
Prezident İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi
-
Prezident İlham Əliyev: Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciət edib - Video
-
Hava ilə bağlı son məlumat
-
8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur - Şahbaz Şərif
-
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Paşinyan: “Avropada sığınacaq almaq üçün gey olduqlarını deyirlər"
-
“Zəfərimiz qürurumuzdur” adlı tədbir keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
-
Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
-
Messinin çantası diqqət çəkdi (Foto)
-
Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir - Kamaləddin Qafarov
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Böyükşor yolunda ağır qəza





