"Black Friday"da insanları belə aldadırlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bütün dünyada hər noyabr ayının sonuncu cümə günü "Black Friday" (Qara Cümə) adı altında mağazalarda endirimli satış kampaniyaları keçirilir. Bu ənənə Azərbaycanda da geniş şəkildə tətbiq olunur.
Həmin gün mağazalar 50%-dən 80%-ə qədər, bəzən isə hətta 90%-ə qədər endirimlər təklif etdikləri üçün müştərilər böyük bir həvəs və sıxlıqla mağazalara axın edirlər.
Ancaq sonradan məlum olur ki, endirim adı altında aldığımız əksər məhsulların əslində "Qara Cümə"də nəinki daha aşağı qiymətə satılmır, hətta bu məhsullar ötən illərin köhnə model və dəblərindən qalma modellərdir. Bəzən isə endirim adı ilə məhsulun qiymətini qaldırıb sonra sanki endirim edilib kimi satışa çıxarılır.
Azərbaycanda "Black Friday" zamanı tətbiq edilən endirimlər nə qədər realdır?
Mövzu ilə bağlı Milli.Az-a aparıcı marketinq mütəxəssisi Azad Heydərov açıqlama verib.
O bildirib ki, çox vaxt olur ki istehlak etdiyimiz məhsullarda endirim ilə qarşılaşdıqda (çox vaxt tanımadığımız brendlərdə) fikir formalaşır ki, ya məhsulda hər hansı bir problem var keyfiyyətli deyil, ya da vaxtına az qaldığı üçün endirimə qoyulub. Bazarda hər zaman diqqət mərkəzində olmaq üçün müəyyən kampaniyalar həyata keçirmək lazımdır ki, müştərilərin daima diqqət mərkəzində olasız. Hətta müştərilər sizdən alış-veriş etməsələr belə davamlı edilən kampaniyalar, endirimlər onlarda belə bir fikir yarada bilər ki, burada qənaət edə bilərəm və daha az xərcləyib daha çox məhsul əldə edə bilərəm."Black Friday" bu cür endirimlərin qlobal bir formasıdır və hazırda bütün dünyada təzahür edir.
"Ümumi olaraq baxanda "Black Friday"də müəyyən şirkətlər bəzi aldatma üsullarından istifadə edə bilərlər. Yəni, məhsulun öncə qiymətini qaldırıb sonra yüksək endirim faizi qoymaqla sanki endirim obrazın yaratmağa cəhd edirlər. Bu kimi hallarla mən özüm də rastlaşmışam.Şirkətlərin bu kimi addımlara əl atması brend nüfuzu baxımdan əslində yolverilməz addımdır. Çünki marka imicini zədələyir və hazırda sosial mediada aktiv şəkildə şikayətlərin paylaşıldığı vaxtda bu marka üçün çəkilən brend kimliyi xərclərinə zərər vurur. Necə ki hazırda bazarda aktiv fəaliyyət göstərən bir neçə məşhur şirkətlərə nəzər salsaq kifayət qədər reklam xərcləri edilərək marka nüfüzu qaldırılır. Lakin müştəri əlaqələrində, iadə və məhsul keyfiyyətlərində çıxan problemlər müştərilərdə mənfi təəssürat yaradaraq çəkilən xərcləri bir baxımdan heç edir.
"Black Friday"də bəzən çox yaxşı endirim fürsətləri ilə qarşılaşmaq mümkündür. Çünki nə qədərdə bu cür yalançı etiket, şişirdilmiş faizli endirimlər, tükənməkdə olan məhsul kampaniyaları olsa da real endirimlər görə bilərik. Sadecə əsas məsələ odur ki, doğurdan siz həmin məhsulu olduğundan aşağı qiymətə sadəcə sözügedən gün ala bilirsiz. Black Friday çox gözlənilən bir qlobal endirim günləri olduğu üçün ola bilsin ki, siz həmin məhsulu bəlkə bir ay sonra daha ucuzunu da ala bilərsiniz. Necə ki, "Iphone" yeni markası ilk satışa çıxanda daha baha çıxır sonra vaxt keçdikcə qiyməti daha münasib olur həmçinin burda da vəziyyət belədir. Siz toplu endirimləri gördüyünüz üçün həvəslənərək gərəkdiyindən bəlkə də artıq bəzən doğurdan da ehtiyacınız olmayacaq məhsulları ala bilərsiz. Üzərindən bir müddət keçdikdə həmin məhsulu daha ucuz qiymətə də görə bilərsiniz".
Marketoloq qeyd edib ki, saxta endirimlər və müştərilərin aldadılması ilə bağlı xarici bazarda cəza və cərimələr mövcuddur deyə bu cür addımlar çox böyük cərimələrə gətirə biləcəyindən qanuni nəticələrini nəzərə alaraq şirkətlər bu addıma getmiyə bilir, lakin bu mövzuda qanunların sərt olmadığı ölkələrdə edilməsi mümkündür.
"Ümumi olaraq, baxdıqda öz bazarımızda endirimlərin düzgünlüyünü anlamağımız üçün məhsulu izləməyimiz gərəklidir ki, müqayisə edib endirimin mövcud olub olmamasını anlaya bilək. Çox güman ki, tanınan markalar öz imicini zədələməmək üçün doğru endirimlər tətbiq edəcəklər, lakin daha marka imicinə köklənməmiş brendlərdə saxta "Black Friday" ilə qarşılaşacaqsız.Çünki sahibkar daha çox günün üstünlüyündən yararlanıb öz mənfəətini artırmağa çalışacaqdır".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Azərbaycan elminə ağır itki - FOTO
-
Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi
-
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib - FOTO
-
Dumana görə görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
14 yaşlı qızla hamamda boğulan gəncin FOTOsu
XƏBƏR LENTİ
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" : "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
Sobada kartofa hansı ədviyyatlar yaraşır?
-
Azərbaycan elminə ağır itki - FOTO
-
"Teşkilat"la bağlı dəyişiklik
-
ABŞ-nin İrana qarşı hərbi əməliyyata çəkdiyi xərc açıqlandı
-
55 yaşlı məşhur ana olacaq
-
Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
-
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib - FOTO
-
Dumana görə görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
İki möhtəşəm iyun gecəsi - “Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək - VIDEO
-
Şəhərə dünyanın 13-cü ən yüksək binası gəlir: İçindən metro keçəcək
-
Macarıstanın “Magyar Rhapsody Projekt” qrupu Bakıda konsert proqramı ilə çıxış edib - FOTO
-
Osimhen üçün inanılmaz təklif: dərhal cavab verildi
-
Onun sürprizi Əməkdar artisti ağlatdı
-
General-mayor “Konyaspor”a dəstəyinə görə vəzifəsindən oldu





