Cəmiyyət

İşlədiyi şirkətə külli miqdarda ziyan vuran şəxs niyə azadlığa buraxıldı?

27 May 2010 15:55
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının məlumatına görə, hakim İlham Mahmudovun sədrlik etdiyi məhkəmənin hökmü ilə şirkətin keçmiş əməkdaşı Hafiz Səlimov məhkəmə zalından azadlığa buraxılıb. Şirkətə dəymiş ziyan ödənildiyindən məhkəmə ona 7 il şərti cəza təyin edib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

H. Səlimov "Mətanət A" şirkətində sement məhsullarının topdan satış məntəqələrinə paylanmasını təşkil edib. O, mağazalarda sement satışından toplanan külli miqdarda pulu mənimsəyib. Şirkətdə aparılan yoxlamalardan sonra H.Səlimov tutulub.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.