Cəmiyyət

Azərbaycandan xaricə gedən sərnişin qatarlarının hərəkət cədvəllərində dəyişikliklər edilib

26 May 2010 16:16
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Yeni hərəkət cədvəlinə əsasən, qatarların Bakıdan çıxış və Bakıya gəlmə vaxtları aşağıdakı kimi müəyyənləşdirilib:

Bakı-Moskva qatarı (55/56 saylı) həftənin birinci, üçüncü və beşinci günləri, saat 19:55-də Bakıdan yola düşəcək, həftənin bazar, ikinci və dördüncü günləri saat 08:20-də Bakıya gələcək;

Bakı-Kiyev qatarı (31/32 saylı) həftənin ikinci günü, saat 23:40-da Bakıdan yola düşüb, həftənin birinci günü, saat 21:35-də Bakıya gələcək;

Bakı-Xarkov qatarı (369/370 saylı) həftənin dördüncü günü, saat 23:40-da Bakıdan yola düşüb, Bakıya həftənin ikinci günü, saat 21:55-də gələcək;

Bakı-Rostov qatarı (391/392 saylı) Bakıdan həftənin birinci və altıncı günləri, saat 23:40-da yola düşəcək və həmin günlər, saat 08:20-də Bakıya çatacaq.

N.Əzməmmədov digər dəyişikliklərdən birinin Bakı-Tümen qatarı ilə bağlı olduğunu deyib. ADY rəsmisinin sözlərinə görə, bundan sonra Bakı-Tümen reysi "Rusiya Dəmir Yolları" tərəfindən yerinə yetiriləcək: "Yeni hərəkət cədvəlində 373/374 saylı Bakı-Tümen qatarı Rusiya dəmir yollarına məxsus heyətlə hər gün hərəkətdə olacaq. Qatar Bakıya iyunun 3-dən etibarən saat 02:03-də çatıb və həmin gün saat 06:20-də yola düşəcək".

Bundan başqa, 313/314 saylı Bakı-Sankt-Peterburq qatarı həftədə 1 dəfə olmaqla həftənin üçüncü günü, saat 23:40-da Bakıdan yola düşəcək, həftənin üçüncü günləri saat 08:20-də isə Bakıya daxil olacaq.

Qeyd edək ki, bu mövsümdə 31/32 saylı Bakı-Kiyev qatarının tərkibində birbaşa Bakı-Simferopol (yalnız yay mövsümündə), Odessa-Bakı və qoşma Dnepropetrovsk-Bakı vaqonları, 373/374 Bakı-Tümen qatarının heyətində qoşma Samara-Bakı, Ufa-Bakı, Çelyabinsk-Bakı, Saratov-Bakı və birbaşa Novosibirsk-Bakı vaqonları hərəkət edəcək. Qatara əlavə olaraq İjevsk-Bakı, Ulyanovsk-Bakı, Kazan-Bakı vaqonları qoşulacaq.

Həmçinin, Bakı-Sankt-Peterburq qatarının tərkibində Həştərxan-Bakı vaqonu hərəkətdə olacaq. Bakı-Tiflis qatarı isə hərəkətdə hər gün olmaqla, Bakıdan saat 22:00-da yola düşüb, saat 10:20-də Bakıya gələcək.

/APA/

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.