Cəmiyyət

Sevdiyi qızdan ayrılan məktəbli özünü asdı

26 May 2010 10:50
Baxış: 235
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə mayın 25-dən 26-na keçən gecə 286 saylı orta məktəbdə baş verib. Həmin məktəbin 10-cu sinif şagirdi, 16 yaşlı Adil Sadıxlı məktəbin həyətində özünü asıb.

Mərhumun meyiti bu gün səhər saatlarında məktəbin şagirdləri tərəfindən aşkar edilib.
İntiharın səbəbləri məlum olmasa da, A.Sadıxlının sözügedən məktəbdə bir qızı sevdiyi və bir müddət əvvəl ondan ayrıldığı bildirilir.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.