Cəmiyyət

Günün qoroskopu: Münasibətlər harmonik olmalıdır

9 Sentyabr 2024 00:01
Baxış: 3 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - aktiv fəaliyyət zamanıdır. Köhnə planlardan bəzilərini xatırlamaq olar. Müttəfiqləri dürüst seçin. İnformasiya minimum həddə olsa da, kiminlə çalışdığınızı müəyyənləşdirin. Yalançı və xəyanətkar, etibarsız insanlardan uzaq durun. Gəlirlər istisna deyil. Uğurlu alış-veriş və sərmayələr də ola bilər.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənir. Ünsiyyət, habelə dəvət aldığınız tədbirə qatılmaq zamanıdır. Romantik görüşə hazırlaşırsınızsa, xarici görünüşünüzə maksimal diqqət yetirin.

Diqqətli və sayıq olun.

Buğa - günün ilk yarısı həddən artıq uğurlu olacaq. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün yaxşı imkanlar yaranacaq. Faydalı tanışlıqlara nail ola bilərsiniz. Diqqət mərkəzində olacaqsınız. Uğurlarınızdan danışmaqdan utanmayın.

Günün ikinci yarısında mübahisəli məsələlərlə bağlı mövqeyinizi açıqlamaqdan çəkinməyin. İşgüzar fəaliyyətdə təşəbbüskar olun.

Axşam saatları mübahisələr, ixtilaflar, münaqişələr, qarşılıqlı iradlar zamanıdır. Diqqətli və qayğıkeş olun. Soyuqqanlı davranın. Yaşca sizdən böyük olanları tənqid etməyin.

Əkizlər - günün ilk yarısında fəaliyyətinizin maksimal dərəcədə effektiv olmasına çalışın. Aktiv olsanız, süstlüyə qapılmasanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Əks təqdirdə problemlərinizi başqaları həll edəcək.

Qarşınıza qoyduğunuz məqsədin yanlış olmadığına, yolun qısalığına əmin olun.

Soyuqqanlı olun, özünüzə əminliyiniz azalmasın. Yaxınlarınızın təqdirinə və emosional dəstəyinə ehtiyacınız var.

Axşam saatları gərgin olacaq. Xoşagəlməz hadisələrlə müqayisədə, bədbin fikirlər əhvalınızı daha çox korlayacaq. Çətin olmayan, maraqlı işlərlə məşğul olun. Təxəyyülü işə salın.

Xərçəng - əlverişli olun. Hər addımınızı düşünün, götür-qoy etmədən çalışmayın. Kimsəyə imkan verməyin ki, sizi tələsdirsin. Fəsadları sonradan təəssüf və pərişanlıq doğuracaq səhvlər etməyin.

İşdə yaranan problemləri həll eməyə can atın. Dalaşanları sakitləşdirin, mübahisə edənləri barışdırın. Konfliktləri nizamlayın. Bu istiqamətdəki səyləriniz nəticəsiz qalmayacaq.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlər asan və harmonik olacaq. Maraqlı, romantik tanışlıqlar istisna deyil. Səfər, səyahət üçün yaxşı zamandır.

Axşam saatlarında normal istirahət edir.
 

Şir - günün ilk yarısı rəvan zamandır. Önəmli saydığınız işlərdə irəliləyişə nail olun. Gərəkli nəticə əldə olunmayanda tələskənliyə yol verməyin. Səbrli və təmkinli olun. Tənqidə maksimal dərəcədə sakit reaksiya verin. Başqalarının sözlərinə çox qulaq asmayın. Nə etmək gərəkdiyi barədə öz fikirləriniz hər şeydən üstündür.

Günün ikinci yarısı yeni tanışlıqlar zamanıdır. Rəğbət bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəsürat yaratmağa çalışın. Situasiyanın çətinləşməsi münasibətlərin inkişafına mane olsa da, təşəbbüskar olun.

Axşam saatlarında alış-verişə yollanmaq olar. Spontan xərclərə yol verməyin.

Qız - gün çətinliklərdən xali deyil. Problemlərə daxilən hazır olun, mənəvi tarazlığı üstün tutun. Son vaxtlar çox qüvvə sərf etdiyiniz məsələlərdə irəliləməyə çalışın. Gecikmələr və təxirəsalmalar sizi təəssüfləndirə bilər. Buna görə başladığınız işi yarımçıq qoymayın.

Günün ikinci yarısında nüfuzlu şəxsin dəstəyini qazana bilərsiniz. Təcrübəli insanın məsləhətinə ehtiyacınız var.

Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənə bilər. Maraqlı, qeyri-adi insanlar sizinlə tanış olacaqlar. Onlarla ünsiyyət sizə çoxlu emosiyalar bəxş edəcək.

Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - günün ilk yarısı işgüzar fəaliyyət və yaradıcılıq planlarının həlli üçün əlverişli zamandır. İkinci dərəcəli işlərlə məşğul olaraq önəmli məsələni kölgəyə salmayın. Qərarları müstəqil qəbul edin. Yaranmış situasiyanı müzakirə edin, dürüst qərarlar verin.

Günün ikinci yarısı enerjili, diqqətli olun. Planlaşdırdığınızdan daha artıq işləyin.

Şəxsi münasibətlərdə problemlər yaranacaq. Rəğbət bəslədiyiniz insanla bağlı informasiya təəssüf doğura bilər. Əhvalınız korlana bilər. Yeni tanışlarla ehtiyatlı olun. Onlar barədə layiq olduqlarından artıq düşünməyin.

Əqrəb - bir sıra məsələlər baxımından əlverişli gündür. Mürəkkəb və mühüm işləri başa çatdırın. Xeyli qüvvə sərf etdiyiniz məsələni yarımçıq qoymayın. Maliyyə durumunuz əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Köhnə borcun qaytarılması və ya ödənişin alınması mümkündür.

Günün ikinci yarısında hüquqi münaqişəni asanlıqla həll edəcəksiniz. Qərarlarınız yaxın ətrafınızdakı insanları narahat edə bilər. Amma onlar haqlı olduğunuzu etiraf edəcəklər. Qeyri-adi və qarışıq situasiyalarda qərarlarınız yanlış olmasın.

Bəyəndiyiniz insanla görüş üçün axşam saatları əlverişlidir. Dəyər verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın.

Oxatan - günün ilk yarısı sürprizlər vəd edir. Hadisələr gözləntilərinizə uyğun olaraq inkişaf edəcək. Planlarınızı həyata keçirməyə kimsə mane olmamalıdır. Çətinliklər yaranarsa, köhnə dostlar və sınanmış müttəfiqlərə üz tutun. Bunu nə qədər tez etsəniz, problemlərin həlli bir o qədər az vaxt olacaq.

Günün ikinci yarısı ailə üçün əlverişlidir. Gəlirlər olacaq, işgüzar səfərlər uğurlu alınacaq.

Yaxınlarınızla təmaslar sizi sevindirəcək. Münasibətlər daha səmimi, rəvan olacaq. İntuisiyanız kəskin olmalıdır. Gələcək barədə düşünün. Hadisələrin hansı məcrada inkişaf edəcəyini təxminləməyə səy göstərin.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - çətinliklərdən xali olmayan gündür. Narahat olmayın, yaşanacaq problemləri əvvəlcədən təxminləmək olar. Bu səbəbdən də heç bir hadisəni qəfil saymayın. Uğurlar istisna deyil. Daha güclü rəqiblərlə mübarizəyə başlamaqdan çəkinməyin.

Güclü insanlarla mübahisələrdə mövqeyinizi qorumağa hazır olun.

Günün ikinci yarısı şəxsi münasibətlər baxımından yaxşı zamandır. Yaxınlarınız sizdən məsləhət gözləyir. Yaşam təcrübəsi sizdən artıq olan insanlarla diqqətli olun.

Səfərə dostlarla yollanmaq məsləhətdir.

Dolça - gün pis deyil. Saatlar keçdikcə şəxsi münasibətlərdə ciddi dəyişikliklərə nail olmaq mümkündür. Başladığınız işi yarımçıq qoymayın. Astagəl, süst olmayın.

Münasibətlər harmonik olmalıdır. Yaxınlarınızı anlamağa çalışın.

Günün ikinci yarısında işdə uğurlar ola bilər. Həmkarlarla dil tapın, hər kəs üçün gərəkli sözlər tapın. Müttəfiqlərin seçimində yanılmayın. Tərəfdaşla danışıqlarda sərvaxt olun. İşdə rəhbərliklə dil tapın.

Balıqlar - günün ilk yarısı sakit və xoş keçəcək. Böyük uğurlar olmayacaq. Yaşamınızda köklü dəyişikliklər etməyə can atmayın. Çalışdığınız işdən həzz alın. Sizi narahat edən problemləri maraqlı insanlarla müzakirə etmək olar. Yeni məlumat, bilik və təcrübə əldə etmək üçün münasib zamandır.

Günün ikinci yarısında yaxşı ideyalar yaranacaq. Kommersiya fəaliyyəti və yeni gəlir mənbələri aramaq üçün pis zaman deyil.

Alış-veriş etmək olar. Bədxərclik etməyin.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.