Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının monitorinqini açıqladı

25 May 2010 15:04
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə may ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

May ayının II ongünlüyündə Kür çayında suyun sərfi bu ayın I ongünlüyünə nisbətən 133 kubmetr/saniyə azalaraq 782 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə normadan artıq olub.

Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 684 kubmetr/saniyə olub. Belə ki, Horadiz məntəqəsində fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3 və mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.