Günün qoroskopu: İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Heç də pis gün deyil. Hadisələrin nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan verməyin.
Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki, qüvvələrinizə qənaət edə bilirsiniz.
Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin.
Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz.
Axşam saatlarında yaxşı istirahət edin.
Buğa - Yeni perspektivlər və cazibədar imkanların yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara asanlıqla inanmayın.
İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız.
Maliyyənizlə risk etməyin.
Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür.
Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar qəbul etməyin.
Əkizlər - Qarışıq, laübalı, mürəkkəb gündür. Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli, sayıq, həssas olun. Hövlnak qərarlar verməyin.
Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər.
Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz.
Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın.
Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.
Gəlir istisna deyil. Çəkinməyin, risk edin.
Xərçəng - Sakit gündür. Qüvvələrinizi toplayın, səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda yaradın.
Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş, istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı gündür.
Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola bilərsiniz.
Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi təbdən çıxarmasın.
Axşam saatlarında stressdən qurtulun.
Şir - Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan və səhvlərin qarışığını aydın görə bilərsiniz.
Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın.
Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən qurtula bilərsiniz.
Maliyyə itkiləri istisna deyil.
Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə yatırmaqdan qurtulun.
Qız - Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi uğura nail olmaq şanslarınız var.
Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan daxili sədləri dəf edin.
Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.
Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin. Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az deyil.
Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri, proseslərin uğursuz axarını hiss edin.
Tərəzi - Əlverişli, uğur vəd edən gündür. Enerjili və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən müxtəlif məsələləri həll edin, qətiyyətli olun.
Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.
İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha əlverişlidir.
Çətinliklər sizi qorxutmamalıdır.
Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt, aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins mənsubuna inana bilərsiniz.
Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq olar.
Əqrəb - Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz. Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.
Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini seçin.
Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin. Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın.
Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın, mübahisələrə son qoyun.
Sevdiyiniz insana xoş sürpriz edin.
Axşam saatlarında romantik görüş ola bilər.
Oxatan - Gün yeni üfüqlər, yeni imkanlar vəd edir. Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə təəccüblənəcəksiniz.
Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika, mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla izah etməyin.
Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun.
Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın.
Oğlaq - Sakit təhlil və uzunmüddətli planlaşdırma üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb edən işlərlə məşğul olmaq mümkündür.
Yaradıcılıq məsələlərinin çözümündə böhran var.
Müstəqil düşünün, qeyri-standart qərarlar verin.
Başqalarına bənzəməyə çalışmayın.
Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb edən ailə problemini çözün.
Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə məsrəfləri olmadan həlli alınmayan işləri çözün.
Axşam saatları günün stressindən qurtulun.
Dolça - İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün.
Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük nailiyyətlər əldə edəcəklər.
Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin.
Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar keçdikcə durum normaya düşəcək.
Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin.
Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin.
Balıqlar - Günün əsas problemi davranışınızdır. Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı, çox pis fəsadlara səbəb ola bilər.
Nüfuzlu və güclü düşmən qazana bilərsiniz.
Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil. Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı insanlar belə davranışdan inciyə bilərlər.
Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim, həssas olun. Qaba davranmayın.
Axşam saatlarında günün sonuclarını götür-qoy edin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
XƏBƏR LENTİ
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı





