Cəmiyyət

“100% Networking Day” adlı tədbiri keçirilib — FOTO

29 Aprel 2024 19:55
Baxış: 413
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib.
Dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və
genişləndirilməsi olub.

Tədbirdə çıxış edən Sahibkarlığın İnkişaf Fondunun idarə heyətinin sədri Osman Xaliyev və "Huner Group" təsisçi və direktoru Ehtiram Quliyev sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, bu sahədə fəaliyyətləri və dəstəkləri barədə məlumat verdilər.

Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın
genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir.

Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar. Müxtəlif sektordan sahibkarların iştirakı ilə keçirilən tədbir zamanı maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.