Cəmiyyət

Hacıqabulda bənd yarıldı, 3 kəndi su basdı

24 May 2010 09:18
Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kür çayı daha bir ərazidə bəndi yarıb. Nəticədə Hacıqabul rayonunun 3 kəndini su basıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq sakinlər helikopterlərlə evakuasiya olunub. Rəsmilər isə yağıntılı havaların davam edəcəyi təqdirdə bundan da geniş fəsadların olacağı ilə bağlı həyəcan təbili çalır.

Əvvəl Kür çayının Hacıqabul rayonunun Meyniman kəndi ərazisində bənd yarılıb. Hadisə ötən gün saat 18.00 radələrində Kür çayının bəndi yararaq, kənd istiqamətində daşması nəticəsində baş verib. Dərhal FHN-nin helikopterləri kənd əhalisinin evakuasiyasına cəlb olunub. Qeyd edək ki, Meyniman kəndində 1500 sakin və 500-ə yaxın ev var. Kənd Bakı şəhərini su ilə təchiz edən Talış-Kür su kəmərləri idarəsinin yerləşdiyi Talış kəndi ilə həmsərhəddir.

Ötən gün saat 22.00 radələrində isə Kür çayı həmin ərazidə Hacıqabul rayonunun Xilə və Ələtli kəndlərini də basıb. Həmin kəndlərin əhalisi də dərhal evakuasiya olunub. 3 nəfər helikopterlər vasitəsilə xilas olunub. Hacıqabul rayon FH komissiyasının sədri Sahib Aslanovun verdiyi məlumata görə, Meyniman, eyni zamanda yaxınlıqda yerləşən Girvənd və Ağacanlı kəndləri su altında qala bilər. Hazırda Meyniman kəndində 100 ev su altındadır.

Bəndin yarılması həmçinin Kürdəmir-Hacıqabul yoluna su altında qalma təhlükəsi yaradıb. Sahib Aslanov bildirib ki, bəndi yarmış su yaxınlıqdan keçən Şirvan kanalının cənub hissəsindən Hacıqabul gölünə istiqamətləndirilib. Buna baxmayaraq, Hacıqabul gölü dolarsa, rayon da daxil olmaqla ətraf ərazilər də təhlükə ilə üzləşə bilər. Hazırda ərazidə 500-dən artıq ağır texnika bəndin bərpası işləri məşğuldur.

/ANS TV/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.