Cəmiyyət

Bakıda 16 yaşlı qız kredit ödənişi adı ilə evdən qaçdı - VİDEO

27 Aprel 2024 10:12
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb.

Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb.

Yeniyetmə qızın atası bildirib ki, qızının təhsil almağını istəyir və övladı yanvar ayından etibarən tibb kursuna gedirdi.

Yeniyetmə oğlanın bacısı Zəhra Məmmədova deyilənləri təsdiqləyərək qızın öz istəyi ilə qaçdığını bildirib.

Amma ata əksinə qızının təzyiq altında olduğunu düşünür.

Oğlanın bacısı Zəhra isə bildirib ki, qardaşı doqquzuncu sinifdən sonra məktəbə getməyib. Hazırda işləmir və heç bir pis vərdişi yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qız və oğlan hazırda Şamaxı rayonundadırlar. Onlarla bağlı qanunamüvafiq tədbirlər görüləcək.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.