Cəmiyyət

Şəxs hansı halda orqanını başqasına verə bilər? - VİDEO

26 Aprel 2024 11:51
Baxış: 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili orqanların pul müqabilində satışa çıxarılması ilə bağlı elanlara rast gəlinir: "Bir böyrəyimi 70 min manata satıram", "Ödəniş qarşılığında qaraciyər və ilik donoru oluram. Qiymət qarşılıqlı razılıq əsasında" və sair...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, son zamanlar küçələrdə və sosial şəbəkələrdə daxili orqanlarını satışa çıxarmaq istəyənlərin bu cür elanlarına tez-tez rast gəlinir.

Sözügedən elanlarda böyrək, qaraciyər, ilik, qan satışı ilə bağlı məlumatlar qeyd olunur.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquq məsləhətçisi Lalə İbrahimzadə bildirib ki, ölkəmizdə orqan və toxumaların transplantasiyası qanunvericiliklə tənzimlənir. Buna əməl etməyənlər qanun qarşısında məsuliyyət daşıyırlar.

Qanunvericiliyə görə, insanın daxili orqanı satıla bilməz.

Daxili İşlər Nazirliyindən (DİN) isə verilən məlumata görə, bu cür elanlarla bağlı nazirlik tərəfindən araşdırma aparılır.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.