Cəmiyyət

Yasamalda qanlı mübahisə

22 May 2010 10:33
Baxış: 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cinayət hadisəsi mayın 20-də Şərifzadə küçəsində qeydə alınıb.

Naməlum şəxs həmin ünvanda yaşayan Elmar İsmayılovu bıçaqlayıb. Yaralı daxilə nüfuz etməyən bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisədə şübhəli bilinən Allahverdi Bağırov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.