Cəmiyyət

“Porsche”nin dövlət nömrə nişanını oğurlayan şəxslər ƏLƏ KEÇDİ - VİDEO

16 Mart 2024 14:00
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nərimanovda "Porsche"nin dövlət nömrə nişanını oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən Milli.Az-a verilən xəbərə görə, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək idarə etdiyi "Porsche" markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının Nərimanov rayonu ərazisində oğurlandığını bildirib.

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisədə şübhəli bilinən Bayramov Şahin, Əsədov Xəyal və dəstə üzvü olan bir qadın saxlanılılıblar. Oğurlanan dövlət qeydiyyat nişanı həmin şəxslərdən aşkar olunub və sahibinə qaytarılıb.

Araşdırma zamanı saxlanılanların narkotik vasitə aludəçisi olduqları da müəyyən olunub. Ş.Bayramov, X.Əsədov və dəstə üzvü olan bir qadının Bakı şəhərində analoji cinayətlərdə iştiraklarının olub-olmamaları araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.