Cəmiyyət

Neftçala və Yevlaxda Kür çayının səviyyəsi artıb

21 May 2010 12:41
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Kür, Araz və Qanıx çaylarında mayın 20-si saat 08.00-dan bu gün saat 08.00-dək səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:

Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 418 sm, su sərfi 750 m3/s təşkil edir (səviyyə 14 sm azalıb);
 
Kür çayı (Yevlax ərazisində) səviyyə 395 sm, su sərfi 745 m3/s təşkil edir (səviyyə 18 sm artıb);

Kür çayı (Zərdab ərazisində) səviyyə 768 sm, su sərfi 893 m3/s təşkil edir (səviyyə 2 sm azalıb);

Kür çayı (Surra kəndi ərazisində) səviyyə 953 sm, su sərfi 1987 m3/s təşkil edir (səviyyə 3 sm artıb);

Kür çayı (Şirvan ərazisində) səviyyə 847 sm təşkil edir (səviyyə dəyişməyib);

Kür çayı (Salyan ərazisində) səviyyə 825 sm, su sərfi 1680 m3/s təşkil edir (səviyyə 6 sm azalıb);

Kür çayı (Bankə qəsəbəsi ərazisində ) səviyyə 493 sm təşkil edir (səviyyə 4 sm azalıb);

Araz çayının (Novruzlu kəndi ərazisində) səviyyə 731 sm, su sərfi 796 m3/s təşkil edir (səviyyə 3 sm artıb);

Qanıx çayının (Əyriçay ərazisində) səviyyə 760 sm, su sərfi 290 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.