Cəmiyyət

Şəhid atası oğlunun son zəngindən DANIŞDI - səsi çox xoş gəlirdi... - VİDEO

30 Yanvar 2024 10:31
Baxış: 1 246
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vətən müharibəsi başlayanda Şahəli Şıxıyevin 21 yaşı var idi. Həqiqi hərbi xidməti bir il əvvəl başa vurmuşdu. Çağırış gələndə isə sevinərək cəbhəyə yollandı".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri şəhid Şahəli Şıxayevin atası Əflatun Şıxıyev "AzTV Xəbər"ə müsahibəsi zamanı deyib.

O bildirib ki, oğlunun döyüş yolu Füzulidən başlayıb, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərədək davam edib:

"Telefonla danışdığımız zaman səsi çox xoş gəlirdi. "Məndən narahat olmayın" deyərdi".

Qeyd edək ki, ll Vətən müharibəsində qəhrəmancasına şəhid olan Şahəli Əflatun oğlu Şıxıyev 1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.