"Nia"nın lift macəraları, bir maşının pulunun qazanıldığı söyüş dolu canlı yayımlar...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İllər əvvəl bir çobana arvadının xəyanət etməsi ancaq onun tanışlarına, uzaqbaşı həmin qəsəbə camaatına maraqlı olardı. Bir kəlmə danışardılar, məsələni bitirərdilər. Bugün isə elə deyil. Vəziyyət köklü şəkildə dəyişib. Ötən gün 100 mindən çox insanın Furkan adlı şəxsin canlı yayımını izləməsi bunu deməyə əsas verir.
Əksəriyyət Furkanı tanımır. O, Türkiyədə çobanlıq edən gəncdir. Qoyun sürüsünə nəzarət edərək video çəkən şəxs öz ölkəsi daxil olmaqla Azərbaycanda da tanınır. Burada Tiktok-da tanış olduğu "Nia" ləqəbli şəxslə ailə qurmağa hazırlaşan 22 yaşlı Furkan ötən gün sözün əsl mənasında həyatının ən böyük şokunu yaşayıb. Belə ki, dünən "Nia"nın liftdə öpüşmə görüntüləri yayılıb. Onun öpüşdüyü oğlan isə azərbaycanlı bloqer Sabir Samiroğludur. Elə bu videodan sonra Azərbaycan və Türkiyədə sosial şəbəkə camiasında aləm bir-birinə dəyib. Dünən ümumilikdə 1 milyona yaxın insan bu "ciddi" məsələni müzakirə edirdi. Demək olar ki, başdan ayağa söyüşdən ibarət olan bu canlı yayımlar müddətində bəlkə də, 3-4 bahalı maşının pulu qazanıldı.

Bu məsələdə günahı həm qızın, həm Sabirin, həm də video yayanların üstünə atmaq asandır. Amma, burada əsas günah məhz həmin şəxsləri populyarlaşdıran cəmiyyətdədir. Ümumilikdə, xarici ölkələrdə belə video yayıb şəxsi həyata müdaxilə edənləri məhkəməyə verib bütün pullarını əlindən alırlar. Azərbaycanda isə şəxsi həyatına müdaxilə olunan biabır etmək əvəzinə özü biabır olur. Çobanın yaxşı yerlərə gəlməsi, yüksək məbləğdə pullar qazanması pis bir şey deyil. Lakin, onların heçnə etmədən, sadəcə kameranı açıb qarşısına qoyub sadəcə söhbət etməklə alimlərdən, müəllimlərdən, ümumilikdə ziyalı təbəqədən qat-qat yuxarı məbləğ qazanması yeni nəsil üçün yaxşı nəsə vəd etmir.
Bir müddət əvvəl "Baboş" ləqəbli şəxsə ev verilməsi, indi də bu məsələyə bu qədər maraq deməyə əsas verir ki, artıq Tiktok cəmiyyətimizi ələ keçirib. Əslində sosial şəbəkədə xüsusi kütləyə malik insanların "influenser" adlandırılması təsadüf deyil. İngilis dilindən tərcümədə "təsir etmək, nüfuz etmək" mənasını verən bu söz bugünkü gündə tam yerinə düşür. Artıq sosial şəbəkələr, xüsusilə də, Tiktok tam şəkildə həyatımıza nüfuz etməkdədir və bu bizi uçuruma aparır. Tiktok heç də pis platforma deyil. Burada nəsə öyrənmək istəyən şəxslər üçün minlərlə videolar var. Amma, çoxları nədənsə bu platformanın ancaq mənfi cəhətlərinə yönəlir.
Əsası Çində qurulan Tiktok şirkəti bugün dünyanı ağuşuna alıb. Günü-gündən istifadəçiləri artan bu şəbəkə məktəbə belə getməyən, adını belə yaza bilməyən, hər hansı bacarığı olmayan şəxslərə pul qazanmaq, məşhurlaşmaq imkanı yaradır. Bu müəyyən mənada üstünlük ola bilər, amma, heç də yaxşı nümunə deyil. Hazırda dövr Tiktokundur. İllər əvvəl qəzet, jurnal necə televiziyalara uduzdusa, bugün də televiziyalar, saytlar Tiktoka uduzur. Məhz bu səbəbdən də bir çox ölkələrdə Tiktokun girişi məhdudlaşdırılıb.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Türk xanımın azərbaycanlı taksi sürücüsü barədə dedikləri VİRAL OLDU: "Həyatım boyu unutmayacağam" - VİDEO
-
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq OLUNUR?
XƏBƏR LENTİ
-
Magistraturalara qəbul imtahanının ikinci cəhdi keçirildi
-
Sağlamlığa ən az ziyan vuran çörək BUDUR
-
“Bavariya”dan yeni REKORD
-
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib - FOTO
-
Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı
-
Sabah da intevsiv yağış yağacaq
-
İlham Əliyev Oljas Süleymenovu təbrik edib
-
Qız evinin hədiyyəsi bəyi sevincdən "UÇURTDU" - VİDEO
-
WUF13-də Vətəndaş Təşəbbüsləri və Vətəndaş Cəmiyyəti Təşkilatlarının Assambleyasının açılış sessiyası keçirilir
-
Bakı beynəlxalq miqyasda digər şəhərlərə nümunə ola bilər - CAR rəsmisi
-
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
-
Türk müğənni qalmaqallı bələdiyyə sədrinə ƏRƏ GEDİR - FOTO
-
Ağır QƏZA: 3 ölü və yaralılar var - FOTOlar
-
İntensiv yağışın fəsadları aradan qaldırılır - FOTO
-
Azərbaycanda 79 şəhərdən 68-nin Baş planı yenilənib - Anar Quliyev
-
Mourinyo "Real" üçün "Barselona"nın bu oyunçusunu İSTƏYİR
-
Pakistanlı nazir: Azərbaycan qlobal şəhərsalma həllərində liderlik nümayiş etdirir
-
WUF14 Mexikoda keçiriləcək
-
Kəmalə Günəşlinin arxiv VİDEOsu yayıldı: "Yenə pul qoyurdular..." - VİDEO
-
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
-
Türk məşhur Sumqayıta gəlib, izləyicilərini Afrikadadır deyə, ALDATDI - FOTOlar
-
AZAL: Naxçıvan Beynəlxalq Hava Limanı ilə bağlı yayılan görüntülər həqiqət deyil - VİDEO
-
Toyda gəlinin uşağa kobud reaksiyası MÜZAKİRƏ YARATDI - VİDEO
-
Dayanıqlı şəhərlər və zəlzələyə davamlı infrastruktur prioritetdir - Yaponiya rəsmisi





