Cəmiyyət

Analıq məzuniyyətinin müddəti uzadıla bilər

18 Yanvar 2024 09:53
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin artırılması təklif olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

M.Quliyev bildirib ki, hamiləlik dövrü və doğuşdan sonrakı müddət üçün qadınlara 126 gün məzuniyyət qanunvericilikdə nəzərdə tutulub:

"Təklifimiz bu müddətin 14 gün artırılaraq 140 günə çatdırılmasıdır. Bununla yanaşı patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılması məsələsi də gündəmdədir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.