Cəmiyyət

Həzrəti Xədicənin peyğəmbərlə ailə qurduğu vaxt uşağı var idi?

6 Yanvar 2024 05:15
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sual: Məlum olduğu kimi, Muhəmməd peyğəmbərin ilk xanımı həzrəti Xədicə anamız olub. Sualım budur: Onun peyğəmbərə ərə getməzdən qabaq uşağı var idi?

"Xədicə həzrəti peyğəmbərlə ailə qurmamışdan qabaq 2 dəfə ərə gedib. O birinci evliliyini Əbu Halə Hind ibn (Nəbbaş) Zürarə Ət-Təmimi ilə yaşayıb. Bu izdivacdan peyğəmbərin çöhrəsinə dair rəvayəti ilə məlum olan və məhz onun tərbiyəsi ilə böyüyən Hind adlı oğlu dünyaya gəlib. Rəvayət olunur ki, Xədicənin Əbu Halədən bir qızı da olub. ((İbn İshaq, s. 229.))

Xədicə sonralar Ətiq (Uteyyiq) ibn Abid (Aiz) Əl-Məhzumi ilə ailə qurub. Bəzi mənbələrdə bildirilir ki, ondan da Hind adlı (Ümmü Muhəmməd) bir qızı doğulub". ((M. Yaşar Kandemir, "Hatice" bəndi, İslam Ensiklopediyası, 16-cı cild, s. 465.))

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.