Cəmiyyət

Elektrik enerjisinə necə qənaət etmək olar?

1 Yanvar 2024 12:00
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məişət cihazlarından düzgün istifadə elektrik enerjisinə qənaət etməyə kömək edə bilər.

Belə ki, enerjiyə qənaət etmək məişət cihazlarından asılıdır.

Mütəxəssislər bildirir ki, yalnız müəyyən növ avadanlıqları almaq lazımdır. Xüsusən də, onlar böyük miqdarda elektrik enerjisi tələb edirsə, daha diqqətli olmaq lazımdır. Belə çıxır ki, bütün avadanlıqlar enerjiyə qənaət etmir.

Bəs, düzgün məişət texnikasını necə seçmək olar?

Elektrik enerjisi istehlakının əsas həcmi soyuducu, kondisioner və qızdırıcının payına düşür.

Ütü, televizor və kompüter də çox elektrik enerjisi sərf edir. Məişət texnikasına gəldikdə, satınalma zamanı enerji səmərəliliyi sinfinə diqqət yetirmək lazımdır.

Soyuducunu istilik mənbəyinə yaxın qoymamaq məsləhətdir. Mənzilinizdə elektrik sobaları varsa, o zaman ocaqların ölçüsünə uyğun olan qabları seçin.

Maşının boş işləməməsi üçün yuyulmadan əvvəl paltarların çəkisinə diqqət etmək vacibdir.

İşıqlandırmaya da qənaət etməyiniz əsas məsələlər arasındadır. Közərmə lampalarını daha uzunömürlü, enerjiyə qənaət edən variantlarla əvəz edin.

Lent.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.