Cəmiyyət

Sufi təriqətlərinin hamısının silsiləsi imamlara çatır?

17 Dekabr 2023 00:55
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sufi təriqətlərinin hamısının silsiləsi, yəni təriqət şeyxlərinin siyahısı Həzrət Mühəmməd Peyğəmbərə (s) çatır. Hər halda, bütün təriqətlər bunu iddia edirlər. Təriqətin silsiləsinin Peyğəmbərə çatması onun legitimliyini müəyyən edir. Təriqətlərin əksəriyyəti İmam Əli ibn Əbutalib (ə) vasitəsilə o həzrətə bağlanırlar. İmam Əlidən (ə) sonra İmam Həsən (ə), Həsən Bəsri və digərləri vasitəsilə xətt davam edir. Bu təriqətlərə "ələviyyə" təriqətləri deyilir, çünki onların silsiləsi İmam Əliyə (ə) gedib-çıxır. Hal-hazırda məlum olan təriqətlərin hamısı ələviyyə qisminə aiddir. Təkcə nəqşbəndiyyə təriqəti Peyğəmbərə Əbu Bəkr Siddiq vasitəsilə bağlanır. Nəqşbəndiyyəni "siddiqiyyə" qisminə aid edirlər. Qeyd edək ki, bəzi təriqətlərin silsiləsində qeyri-dəqiqliklər və mübahisəli məqamlar mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.