Günün qoroskopu:Planlaşdırılmamış xərclər ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Təmkinli davranın, soyuqqanlı və məntiqli olun. Bədxahlarınızla rəqibləriniz sizə qarşı yeni, məkrli plan qurublar. Yaxşı bələd olmadığınız insanlardan biri etimadınızdan sui-istifadə etməyə çalışacaq. Sadəlövhlük edərək "saf" qərarlar verməyin.
Saatlar keçdikcə peşəkar fəaliyyətinizlə bağlı maraqlı təkliflər alacaqsınız. Daşınmaz əmlakla əməliyyatlar və maliyyə məsələlərinin həlli üçün münasib zaman deyil.
Günün ikinci yarısında passiv olmayın. Süstlük və tənbəllik bu gün əsas düşmənlərinizdir.
Axşam saatlarında gəzintiyə çıxın. Normal istirahət etməyə çalışın.
Buğa - Bilik və bacarıqlarınızı nümayiş etdirin, nəyə qadir olduğunuzu göstərin. İşlərdə uğur qazanmaq üçün hadisələrə təsir imkanlarına malik insanın yardımlarından bəhrələnə bilərsiniz.
Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə səmimi, qayğıkeş olun. Eqoizmlə təkəbbür çox ciddi problemlər yarada bilər. İnsanların nöqsanları barədə ucadan danışmayın. Çatışmazlıqları geniş müzakirə mövzusuna çevirməyə can atmayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə atipik addımlar atmayın. Qəfil sürpriz istəyi başağrı yaratmamalıdır. Axşam saatlarını romantik ortamda keçirin.
Əkizlər - Yaxın ətrafınızdakı insanlarla həssas davransanız, cavab reaksiyası gecikməyəcək. Yeni ideyaların həyata keçirilməsi üçün əlverişli zamandır. Çoxdan bəri reallaşdırmaq istədiyiniz plan çərçivəsində ilk addımı atın.
İnandığınız, etibar etdiyiniz insanların yardımlarından yararlanın. İmprovizə edin. Belədə rutin fəaliyyət və gündəlik mükəlləfiyyətlər sizi usandırmayacaq.
Şəxsi münasibətlərdə hadisələr sürətlə inkişaf edəcək. Qəfil qərar və ya düşünülməmiş addım sevdiyiniz insanla ünsiyyətdə yeni mərhələyə çevriləcək.
Səbirli, amma həssas olun.
Xərçəng - Yeni təəssüratlar, hisslər və ya macəra axtarışına çıxmayın. Dəyişikliklər məntiqi, yeniliklər praqmat olmalıdır. Tərəqqi ilə ekstremal emosiyalar əksər zamanlarda ziddiyyət təşkil edir. Stabillikdən imtina etsəniz, dayaqları laxlada bilərsiniz.
Günün ikinci yarısında bitmiş münasibətləri "diriltməyə" can atmayın. Olan olub, keçən keçib. Hisslərinizin əsiri olmayın. Konkret addımlar ataraq irəliləyin. Düşünülməmiş qərarın sonucu pis ola bilər.
Şir - Uğurlu, əlverişli situasiyadır. İdeyalarınızdan bəhrələnə bilərsiniz. İşlərdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, iradəli davranın. Emosiyaların əsiri olmasanız, işlər yaxşı olacaq. Sizin üçün tamamilə yeni məşğuliyyətə vaxtınızı tamamən həsr etməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətləri normallaşdırın. Emosional olmayın, amma sevdiyiniz insanla hisslərinizi bölüşməkdən də qısırğalanmayın. Axşam saatlarına yaxın tanımadığınız yerdə şəraitdəki qəfil dəyişikliklər sizi təşvişə salmasın.
Qız - Günün ilk yarısında problemlərin hamısı həllini tapmasa da, vaxtınızı yalnız onların çözümünə həsr etməyin. Yerinizdə durmayın, irəliləyin. Yeni işə başlamaq üçün əlverişli zamandır. Məqsədə doğru aparan yolun qısa olmadığını bilin.
Günün ikinci yarısında alternativ variant, orijinal həll aşkar qarşıdurmalardan yayınmağınıza imkan verəcək. Bir qədər hiyləgərlik edin, fəndgir olun.
İndiyədək sizi dəstəkləyən insanla fikir ayrılığı yarana bilər. Sərt danışmayın. Dostlarınız və yaxınlarınız hətta konstruktiv tənqiddən də inciyəcəklər.
Tərəzi - Yaşananlara sərt reaksiya verməyin, yumor hissini unutmayın. Ən kiçik maneələrdən depressiyaya qapılmayın. Xırda çətinliklər əhvalınızı korlamasın.
Yeniliklər əxz etməkdən, məlumatlar əldə etməkdən çəkinməyin. Bu gün əldə edəcəyiniz xəbərlər sonradan karınıza gələcək.
Günün ikinci yarısı məsələlərin dostlar və həmfikirlərlə müzakirəsi üçün əlverişlidir. Parlaq, maraqlı fərdlərlə tanışlıq da istisna deyil. Axşam saatlarında qonaq qəbul etmək olar.
Əqrəb - Maliyyə məsələlərinin həlli üçün yaxşı zamandır. Faydalı anlaşmalara nail ola bilərsiniz. Alış-verişdə diqqətli olun, bədxərclik etməyin. Adi işlər darıxdırıcı, bezdirici təsir bağışlaya bilər. Belə işləri ertələmək imkanı varsa, təxirə salın.
Günün ikinci yarısında ötən zamanlarla bağlı nisgil hissi yarana bilər. Sentimental olmayın, hisslərə qapılmayın. Xatirələrə dalaraq yaşamla bağlı irrasional fikirlərə düşməyin.
Axşam saatlarına yaxın yarımçıq işləri mütləq şəkildə tamamlayın.
Oxatan - Günün ilk yarısı problemlərin həllinə yaradıcı yanaşma üçün əverişli zamandır. Yeni bilik və təcrübə əxz etmək olar. Faydalı əlaqələr yaradın. Ağır, həddən artıq yeknəsəq işdən imtina edin. Belə fəaliyyət əhvalınızı korlayacaq, səhhətinizə mənfi təsir edəcək.
Günün ikinci yarısında yaşanan hadisələrdə və müşahidə etdiyiniz proseslərdə faydalana biləcəyiniz məqamları arayın. Axşam saatlarını ailə üzvlərinizə həsr edin. Dostlarla gəzintiyə də çıxmaq olar.
Oğlaq - Qəfil və spontan dəyişikliklər nigaranlığa səbəb olacaq. Sinirli, emosional olmayın. Aqressiv davranmayın. Baş verən hadisələrdən faydalana bilərsiniz. Səbirli davranın və rəqiblərin sizi üstələmələrinə imkan verməyin.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Münasibətlərə aydınlıq gətirilməsi üçün münasib zaman deyil. Dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz.
Hisslərinizi anlamaqda özünüz çətinlik çəkdiyiniz halda yaxın ətrafınızdakı şəxslərdən nə gözləyirsiniz?
Dolça - Hadisələr sürətlə davam edəcək. Qərar qəbul edəndə astagəllik etməyin, aktiv olun. İntuisiyanızdan bədgüman olmayın. Bir çox məsələləri həll edə bilərsiniz. Yaşam resurslarını boşuna xərcləməyin.
Planlaşdırılmamış xərclər ola bilər.
Günün ikinci yarısında qısa, qəfil səyahət və ya səfər zərurəti yarana bilər.
Axşam saatlarında romantik hisslər istisna deyil. Şəxsi münasibətlərdə harmoniyaya nail olmaq üçün xeyli sədləri dəf etməli olacaqsınız.
Balıqlar - Əfsuslar olsun ki, günün ilk yarısında problemlərin sayı artacaq. Diqqətli olun, sayıq və sərvaxt davranın. Alacağınız təkliflərin əksəriyyəti ilk baxışdan məntiqli təsir bağışlasa, şirin vədlərə aldanmayın. Qüvvələrinizlə potensialınızı dürüst qiymətləndirin. İllüziyalara qapılaraq arzular aləminə "qərq" olmayın.
Günün ikinci yarısında uzaqdan maraqlı xəbər alacaqsınız. Formalaşan situasiyanın məqamlarını nəzərə alaraq nüanslardan faydalanın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün məntiqli olun, kiçik işlərə həddən artıq vaxt sərf etməyin.
Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxa bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir
-
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - Qərar
-
Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb
-
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
-
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
ADY yay qrafikinə keçir
XƏBƏR LENTİ
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır
-
Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir





