Cəmiyyət

Hüseyn Axundov ailəsinə qovuşdu - VİDEO - FOTO

14 Dekabr 2023 07:15
Baxış: 2 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Erməni əsirliyindən azad olunan Hüseyn Axundov ailəsinə qovuşub.

Milli.Az APA-ya istinadən bildirir ki, onun ailəsinə qovuşması böyük sevinclə qarşılanıb.

Hüseyn Axundovu qarşılamaq üçün yaxınları onun evinə axın ediblər.

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib. Təhvilvermə prosesində hər hansı insident baş verməyib. Azərbaycan tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən təhvil veriliblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.