Cəmiyyət

Vüqar su içdiyi üçün vəfat edib? - Həkim inkar etdi

11 Dekabr 2023 19:04
Baxış: 1 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə AzTV-nin 24 yaşlı əməkdaşı olan Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından vəfat etməsi ilə bağlı xəbər vermişdik.

Milli.Az xəbər verir ki, mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən mədə-bağırsaq (laparoskopik bariatrik-metabolik) cərrahı Taryel Ömərov maye qəbulunun ani ölümə səbəb olması ehtimalını inkar edib.

"Maye qəbulu xəstənin həyatının itirilməsinə səbəb ola bilməz. Bu tromboemboliyanın fəsadlarından biridir", - o qeyd edib.

Cərrah bildirib ki, pasiyent evə buraxılarkən bütün risklər izah olunmalı, tromboembalyanı önləmək üçün qandurulaşdırıcı maddələrin çəki və yaşa uyğun 8-10 gün müddətində istifadəsi tövsiyə edilməlidir:

"Belə əməliyyatlar üçün xəstələrin çox ciddi şəkildə bu işlə məşğul olan və peşəkar komandası olan uğurlu kilinkalara müraciət etməsi məsləhətdir".

Qeyd edək ki, bir neçə gün öncə AzTV-nin gənc əməkdaşı Vüqar Rəsulov dünyasını dəyişib. Onun mədəkiçiltmə əməliyyatı etdikdən sonra çoxlu maye qəbul etdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.