Bakıda bağlanan, köçürülən, yandırılan ticarət mərkəzləri...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ticarət mərkəzləri ilə bağlı baş verənlər hər zaman xüsusi vəziyyət yaradır. Belə obyektlərdə yanğınlar, başqa qəza halları, eləcə də bağlanması, başqa ərazilərə köçürülməsi əhali arasında narahatlıq, narazılıq doğurur.
Milli.Az globalinfo.az-a istinadən xəbər ki, indiyə kimi kifayət qədər ləğv edilən, yeri dəyişdirilən, köçürülən, yandırılan ticarət mərkəzləri (TM) olub.
Məsələn, aeroport yaxınlığındakı nəhəng "tolkuçka"lar 2000-ci illərin ortalarına doğru köçürüldü. Lökbatandakı "Sədərək" və "Binə" yarmarkaları təzə yaradılanda kütləvi etirazlar var idi. Deyilirdi ora heç kim getməyəcək, alver "öləcək". Zamanla yeni məkana satıcılar da alışdı, alıcılar da.
"Gənclikdə" yerləşən AMAY Ticarət Mərkəzi nəhəngliyi ilə seçilirdi. Şəhərin ən uyğun ərazisində yerləşən AMAY da böyük ticarət dövriyyəsinə malik yarmarkalardan sayılırdı. Bu obyektin sahibi Abdulla Abdullayev uzun illər sözügedən "tolkuçka"dan böyük pullar qazandı. Onun nəzarətində idmançı dəstələr var idi. Adı tez-tez qanunsuz əməllərdə hallanırdı.
AMAY-ın və Abdullanın çarxı 2005-ci ildən sonra tərs dönməyə başladı. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə ticarət mərkəzi söküldü. Yerində daha müasir "Gənclik Mall" açıldı.
Tağı Əhmədov Metropoliten rəisi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra stansiyalarda ticarət yığışdırıldı. Metronun bütün stansiyalarında əsl "tolkuçka" fəaliyyət göstərirdi. Sərnişinlərin gediş-gəlişi mümkünsüz hala çevrilmişdi. Təxminən 10 il əvvəl həmin obyektlər söküldü, metroda ticarətə rəsmən qadağa qoyuldu. O vaxt da ticarətçilər etiraz etdilər. Onlar da zamanla yeni bazarlara yerləşdilər və təzə şəraitə alışdılar.
Metronun "20 Yanvar" stansiyası ətrafında yerləşən böyük ticarət mərkəzi də vaxtilə ən əlverişli obyektlərdən sayılırdı. Amma onu da ərazidən köçürdülər.
Vaxtaşırı "Şərq bazarı" kimi tanınan ticarət mərkəzinin də yerinin dəyişdiriləcəyi haqda şayiələr dolaşır. Bu obyekt şəhərin mərkəzinə yaxın ərazidə yerləşir. Həmçinin "Yaşıl bazar"ın da söküləcəyi xəbəri də tez-tez medianın gündəminə gəlir.
Bundan başqa, Bakıdakı ticarət mərkəzlərində vaxtaşırı yanğınlar olur. Sahibkarlara böyük məbləğdə ziyan dəyir. Son 20 ildə ticarət mərkəzlərində bəlkə də 20 yanğın hadisəsi baş verib.
İndi də "8-ci km bazarı"ın köçürüləcəyi mövzusu gündəmə gəlib. Deyirlər, yalandı, köçürülməyəcək. Amma gedişat onu deməyə əsas verir ki, ora da ləğv ediləcək.
Maraqlıdır, yerində nə olacaq? Park, çoxmərtəbəli binalar, yoxsa daha müasir ticarət şəbəkəsi? Yəqin ki, bunu yaxın aylarda hər kəs biləcək.
Əslində "8-ci km bazarı"nın taleyi "Diqlas" yanandan sonra həll edilib. 2019-cu ilin mart ayının 26-da sözügedən ticarət obyekti qəfildən alışdı. Yüzlərlə sahibkarın malı kül oldu. Ticarətçilər üzləşdikləri dəhşətli vəziyyətə görə etiraza qalxdılar. Onları Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Qasımov qəbul etdi. Sahibkarlara söz verdi ki, dəymiş zərərin ödənilməsinə köməklik göstəriləcək. Müəyyən məbləğdə kompensasiya verildi. Amma ticarətçilər bundan razı qalmadılar. Sonda da taleləri ilə barışıb, işlərini başqa obyektlərdə davam etdirdilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
XƏBƏR LENTİ
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib





