Günün qoroskopu: Daha təcrübəli insandan məsləhətlər almaqdan çəkinməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - günün ilk yarısında qeyri-standart, hətta emosional ideyalar yarana bilər. Çoxdan bəri həllini tələb edən mürəkkəb problemi çözməyə başlayın. Çətin və yarımçıq işi tamamlayın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə başağrısına səbəb problemlər yarana bilər. Sürəkli mübahisələr hamı üçün sərfəli həll variantını əldə etməyə mane olacaq. Əzmkar və qətiyyətli olun, mövqelərinizdən geri çəkilməyin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Buğa - bütün mühüm işləri günün ilk yarısında görmək gərəkdir. İşgüzar danışıqlar, müzakirələr, məsləhətləşmələr və rəhbərliklə problemin nəzərdən keçirilməsi üçün əlverişli zamandır. İroniya ilə tanışmayın. Eqoist və təkəbbürlü olmayın.
Günün ikinci yarısında "söz davası"na qatılmayın. Müstəqil, təkbaşına çalışın. Axşam saatlarını vurnuxmadan, vurhavurdan uzaqda keçirin. Sevdiyiniz insan sizə dəstək olacaq. İzafi tənqidlərə və iradlara yol verməyin.
Əkizlər - günün ilk yarısı işgüzar yazışma, rəhbərlik təmaslar və tərəfdaşlarla ünsiyyət üçün əlverişlidir. Həmkarlarınız mövqeyinizi anlayacaq, fikirlərinizi bölüşəcəklər. Aktiv olun, süstlüyə qapılmayın.
Günün ikinci yarısında maliyyə vəsaitinizə yaxşı nəzarət edin. Saatlar keçdikcə enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Ağır fiziki iş görməyin.
Yaxınlarınızla söhbət əsnasında qəti qərar verməyə tələsməyin. Barışıq üçün yollar arayıb kompromisə meylli olun. Axşam saatlarında ev işləri ilə məşğul olmaq mümkündür.
Xərçəng - günün ilk yarısında planlarınızı təftiş edin. İşgüzar səfər xeyir verə bilər. Bütün işlərə eyni vaxtda başlamayın. Belədə uğur qazanmayacaqsınız.
Düşünülməmiş qərarlar və tələsik əməllər başağrısı, depressiya yarada bilər.
Günün ikinci yarısında inandığınız insanla mühüm məsələni müzakirə etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Onlarla danışın, aktiv ünsiyyətdə olun.
Alış-verişdə simiclik etməyin.
Şir - yaşam arealında yeniliklər etmək üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı məsələləri uğurla həll etmək olar. Fəaliyyət sahənizi dəyişmək istəyirsinizsə və ya yeni iş yeri barədə düşünürsünüzsə, tələsik qərar verməyin.
Məişətdə ehtiyatlı olun.
Günün ikinci yarısında ifrat enerji fəsadlar yarada bilər. Nəyisə sındırmaq, qırmaq riski var.
Ailədəki mühiti yaxşılaşdırın. Ev işlərini vaxtında yerinə yetirin. Yaxınlarınızla ünsiyyətlə temperamentli, emosional olmayın.
Qız - iradəli, qətiyyətli və əzmkar olun. Uğur əldə edəcəksiniz. Situasiya sərfəlidir, bundan yararlanın. Əldə etdiyiniz informasiya minimum səviyyədə olsa belə, səhih taktika hazırlayın. Az sonra həyata keçirə biləcəyiniz planlar qurun. Sövdələşmə və anlaşmalar gəlir gətirəcək.
Günün ikinci yarısında dəyərli hədiyyə almağınız istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Diqqət mərkəzində olacaq, təriflər eşidəcəksiniz.
Hər deyilən sözə inanmayın.
Tərəzi - günün ilk yarısı anlaşma və müqavilələrin imzalanması, yeni sifarişin qəbul olunması üçün əlverişlidir. Pullarınızı sərfəli şəkildə yatıra bilərsiniz. Sənədlərlə məşğul olun, hüquqi problemi həll edin.
Günün ikinci yarısı maliyyə məsələlərinin çözülməsi üçün əlverişlidir. İzafi risk etməyin.
Maraqlandığınız insanla davranışda ekstravaqant olmayın. Mənasız xərclərə yol verməyin. Bədxərclik sonradan peşmançılıq hissi yarada bilər.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - günün ilk yarısında çox riskli təsir bağışlayan işi və ya layihəni reallaşdıra bilərsiniz. Diqqətli və sayıq olsanız, yarımçıq işləri başa vura bilərsiniz. Ehtiyatlı davranın, şansı dəyərləndirmək üçün çılğın qərarlar qəbul etməyin.
Günün ikinci yarısında işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Problemlərin həllinə yaradıcı yanaşın. Yaxınlarınızla bağlı nigaranlıq uzaqda olan qohumunuzla danışmaq istəyi yarana bilər.
Oxatan - gəlirlərin artırılması, münasibətlərin normaya salınması, yarımçıq işlərin başa çatdırılması üçün əlverişli zamandır.
Sadə və təvazökar olun. Uğurlarınızla qürrələnməyin, eqoist davranmayın. Diqqət mərkəzində olmağa can atmayın. Kölgədə nə qədər çox qalsanız, bir o qədər yaxşıdır.
Əldə olunan zəfərləri axşam saatlarında da qeyd etmək olar.
Günün ikinci yarısında yaxınlarınızın ehtiyaclarının ödənməsinə külli miqdarda vəsait sərf etməli olacaqsınız. Xərclərə fikir verin.
Axşam saatlarında köhnə dostlarla bir araya gəlin. Romantik görüş istisna deyil.
Oğlaq - günün ilk yarısında işlərdə ciddi irəliləyiş ola bilər. Sərfəli anlaşmaya nail olmaq, yeni işgüzar tərəfdaşlar tapmaq imkanları var. Həmkarlarla müzakirələr apararaq qarşılıqlı yardımlara nail ola bilərsiniz.
İradəli və qətiyyətli davranaraq yaxın ətrafınızdakı insanlar arasında nüfuzunuzu artırın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə pozitiv yeniliklər olacaq. Qarşılıqlı rəğbət hissləri sevdiyiniz insanla təmasları daha rəvan edəcək.
Subaysınızsa, axtardığınız insanla axşam saatlarında qarşılaşa bilərsiniz.
Dolça - günün ilk yarısında mühüm işləri unutmayın. Plan çərçivəsində hərəkət edin. Diqqətli olun. Hətta yaddan çıxarılmış və unudulmuş mobil telefon belə, problemlər yarada bilər.
Günün ikinci yarısında planlarda dəyişikliklər gərəkdir. Belədə işlərin uğurla başa çatdırılma şansları artır. Şəxsi münasibətlərdə diqqətli olun. Ailədəki xoş mühiti qorumaq üçün səmimi, qayğıkeş olun. Saatlar keçdikcə dözümünüz sınağa çəkiləcək. Axşam saatlarında qısqanclıq və ya paxıllıqla qarşılaşa bilərsiniz.
Balıqlar - həmkarlar, işgüzar tərəfdaşlar və şəriklərlə birgə fəaliyyət üçün əlverişli gündür. Yeni tanışlıq istisna deyil. Uzaqdan yaxşı xəbərlər ala bilərsiniz.
Daha təcrübəli insandan məsləhətlər almaqdan çəkinməyin.
Günün ikinci yarısında yaxınlarınızdan hədiyyə və ya xoş sürpriz ala bilərsiniz. Axşam saatlarını sevdiyiniz insanla keçirin. Sakit, xoş, rahat mühitdə istirahət etməyə çalışın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir
-
Penitensiar xidmətə qulluğa qəbul qaydalarında dəyişiklik edilib - Qərar
-
Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsi ilə həyata keçirilən AzQR ödənişlərin həcmi bu ay 40 milyona yaxınlaşıb
-
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verildi
-
Ölkədə bir neçə gün yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
ADY yay qrafikinə keçir
XƏBƏR LENTİ
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?
-
Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər
-
Xətai rayonunda məişət tullantıları sahəsindəki yanğın söndürülüb - Yenilənib
-
Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" (Video)
-
“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum” - Məlahət Abbasovadan etiraf
-
92 oktanlı benzini 95-ə çevirən həblər - Cəmi 1 manat 70 qəpiyə satılır





