Cəmiyyət

Doğma yurda qayıdış arzum gerçəkləşir - Zabux sakini

16 Noyabr 2023 10:30
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük arzum idi ki, öz doğma yurdum Zabuxa geri dönüm və indi bu gerçəkləşir.

Bunu Trend-ə açıqlamasında Laçın rayonu Zabux kənd sakini Amid Fərəcov deyib.

Onun sözlərinə görə, uşaq ikən çıxdığı Zabuxa 37 yaşından geri qayıdır.

"Böyük sevinc hissi yaşayırıq. Bundan sonra ömrümüzü doğma yurdumuzda - Zabuxda yaşamaq istəyirik. Bunun üçün sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu günü yaşatdığı üçün Ali Baş Komandanımıza təşəkkür edirik. Allah qazilərimizə can-sağlığı versin, şəhidlərimizə rəhmət eləsin", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.