Cəmiyyət

"Az, mikrofonu təpənə çırparam" — Xoşqədəmin verilişində dava düşdü - VİDEO

1 Noyabr 2023 22:00
Baxış: 2 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB kanalında yayımlanan "Səni axtarıram" verilişinin canlı efirində dava düşüb.

Milli.Az Oxu24.com-a istinadən xəbər verir ki, verilişə gələn Ruhiyyə adlı qadınla ekspert qismində verilişdə əyləşən yazıçı  Elnurə  Abdullayeva arasında dava düşüb.

Buna səbəb isə uşaqlarını axtarmaq üçün efirə gələn qadının ekspert tərəfindən geyiminə görə tənqid və daha sonra təhqir olunması olub.

Bu zaman zalda əyləşən digər tamaşaçılar da ekspertə qarşı çıxıb.

Bu zaman studiyada olan gərginlik daha da artıb. Veriliş efirə bir neçə dəqiqəlik səssiz olaraq yayımlanıb.

Verilişin eksperti şikayətçi qadına "mikrofonu alıb təpənə çırparam", - deyərək onu təhqir edib.

Daha sonra ekspert iştirakçıya "az,sən kimsən" deyərək üzərinə hücum çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.