Cəmiyyət

Xaçaturyan Bakıdan qızına zəng edib bu sözləri dedi

17 Oktyabr 2023 08:13
Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyan Bakıda keçirilən məhkəmədən bir gün öncə ailəsi ilə əlaqə saxlayıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Tsovinar Xaçaturyan məlumat yayıb.

"Məhkəmədən bir gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə atamla əlaqə saxladıq. O, narahat idi, bizdən indi harada olduğumu soruşdu və məhkəməsinin keçiriləcəyini dedi. Məhkəmədən sonra danışmamışıq", - qızı bildirib.

Qeyd edək ki, Vaqif Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 17-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.