Cəmiyyət

Bunun qürurunu yaşayırıq - Keçmiş məcburi köçkün

13 Sentyabr 2023 12:21
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün çox qürurlu və sevincliyik, öz doğma torpağımıza, Zəngilana qayıdırıq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Zəngilan sakini Gövhər Hüseynova deyib.

"Burada doğmalarımızın, yaxınlarımızın məzarlarını qoyub gedirik, amma torpaq da bizə doğmadır. O torpaqlarda da bizim əzizlərimizin ayaq izləri, analarımızın, atalarımızın alın təri var. Biz Mübarizlər, İzzətlər, Dövlət Cəbrayılzadələr kimi igidlər böyütmək, şəhidlərimizin ruhunu yaşatmaq üçün yenidən o torpaqlarda yaşamalıyıq", - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.