Cəmiyyət

Qərbi Azərbaycan İcması Fransanın “yardım”ını pisləyir

10 Avqust 2023 16:18
Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qərbi Azərbaycan İcması Fransanın bir sıra şəhər və regionlarından toplanmış "yardım"dan ibarət yükmaşınının Ermənistanın Azərbaycanla razılaşdırmadan "humanitar yük" adı altında Qarabağa göndərmək istədiyi avtomobil karvanına qoşulmasını pisləyir.

İcmadan verilən məlumata görə, İslamofobiyanın və Azərbaycanofobiyanın tüğyan etdiyi və son vaxtlar Afrika qitəsində bir-birinin ardınca sarsıdıcı məğlubiyyətlərə uğrayan Fransa Cənubi Qafqaz regionunda gərginliyi artırmaq, onu geosiyasi rəqabət məkanına çevirmək istəyir.

Qərbi Azərbaycan İcması Fransa şəhərlərini və regionlarını bu kimi ucuz və gülünc əməllərdən, beynəlxalq hüquqa həqarət olan ikili standartlar siyasətindən çəkinməyə çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.